Şəhidlərin arxasınca ağlamaq dəccalı sevindirər. Təbii həyəcanından ağlayanları tənzih edirik. O, anaları ağlatmaq üçün etmirmi onu? Sən də ağlayaq deyirsən. Dəccalı sevindirirsən. Dəccalı sən nə ilə əsəbləşdirərsən? Gülərək, əylənərək hirsləndirərsən. Sevinc müsəlmanın xüsusiyyətidir. Hər şəhidə iftixar gözü ilə baxacaqsan. Cənnətə getdiyi üçün sevinəcəksən.

(A9 TV; 19 Noyabr 2012)

Mehdi (ə.s) dörd məzhəbdə haqdır. Bütün məzhəblərdə haqdır. Mehdi (ə.s)-ın inkar ediləcək bir istiqaməti yoxdur. Heç bir məzhəb Mehdi (ə.s)-ı rədd etməz. Ayrıca peyğəmbərimiz (s.ə.v)-in Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar olaraq bildirdiyi 300 əlamətin hamısı çıxdı.

(A9 TV; 19 Noyabr 2012)

İslam Birliyi olana qədər dünyada rahatlıq yoxdur. Allah rahatlıq verməz. Qan axıdan Allahdır. Tufanları göndərən Allahdır, zəlzələləri edən Allahdır. Allaha təslim olunsa, İslam Birliyi olsa, o gün bitər, inşaAllah.

(A9 TV; 19 Noyabr 2012)

Axirətdə yeni bir yaradılışla yaradacağam, deyir Cənab Allah. Fizika qanunları dəyişir, kimya qanunları dəyişir. Alışdığımız sistemlər dəyişir. Məsələn, bizim normalda qanımız var. Cənnətdə insanın qanı yoxdur. Qanı olmadan yaşayır. Daxili orqanları yoxdur. Daxili orqanı olmadan yaşayır. Fizika qanunları da dəyişir. İşıq qaynağı yox, maddə özündən işıqlıdır.

(A9 TV; 19 Noyabr 2012)

Kainatın quruluş məqsədi sevgidir. Cənab Allah peyğəmbərimiz (s.ə.v)-i mükəmməl bir sevgi ilə sevir. Peyğəmbərimiz (s.ə.v) necə sevir Allahı? Aşiqdir. Müsəlman elə olacaq. Hər şeyə, Allahın yaratdığı hər gözəlliyə aşiq olacaq; çiçəyə, böcəyə.

(A9 TV; 19 Noyabr 2012)

Hər yerdə sevgidən bəhs edilsin. Sevgi dünyanın quruluş məqsədidir. Cənab Allah sevgi olmasa kainatı yaratmazdı. Sevgi üçün yaradır Cənab Allah.

(A9 TV; 19 Noyabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)