İsraillə İranın döyüşməsinə icazə vermərik, elə bir mövzu olmaz. Neçə dəfə iştahlandılar, hər dəfə də icazə olmadığı üçün geri döndülər. Elə bir şey olmaz. Aqil insanlar, Mehdi (ə.s) tələbələri, İsa Məsihin tələbələri belə bir oyunu qəbul etməzlər və etməyəcəklər, inşaAllah.

(A9 TV; 26 Noyabr 2012)

Xurafatçı düşüncədə sənət yox, elm yox, estetika yox, musiqi yox, gözəllik yox, azadlıq yox, qadınların gözəlliyi yox, qadınların baxımı yox, uşaqların gözəlliyi yoxdur. Heç bir şey yoxdur. İslam belə olmaz. Belə bir İslam yoxdur. Quranın izah etdiyi İslamı yaşayaq. Bunun xaricində bir şey qəbul etmərik.

(A9 TV; 26 Noyabr 2012)

Musiqi haram deyil. Quşlar civildəyir. O da bir musiqidir. Bülbüllər oxuyur. O da bir musiqidir. Cənab Allah məsələn, qadının səsini çox gözəl yaratmışdır, uşaq səsini çox gözəl yaratmışdır. Mahnılar bir gözəlliyin ifadəsidir. Ritm cənnətin bir bəzəyidir.

(A9 TV; 26 Noyabr 2012)

Allah ürəyimizi ritmə meylli etmişdir. Ritm bizi həyəcanlandırar. Düzgünlük, intizam bizi həyəcanlandırar. Məsələn, darbukanın ritmi həyəcan verər. İnsanın yaradılışındakı ritm, düzgünlük həyəcan verər. Hər estetika insana həyəcan verər.

(A9 TV; 26 Noyabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)