Başçılıq sistemi olmaz. Qubernatorların seçilməsi hadisəsi də olmaz. Mərkəz sistemi olması lazımdır. O birlik və birliyimizin damğasıdır. Diyarbəkirə laz qubernator gedəcək. Mardinə Alban qubernator gedəcək. Siirtə çərkəz qubernator gedəcək. Ankaraya kürd qubernator gələcək. İstanbula kürd qubernator gəlsin. Belədir bunun gözəlliyi, iç-içə olacağıq, qardaş olacağıq.

(A9 TV; 30 Noyabr 2012)

Ən böyük problemlərdən biri də insanların bir-birinə güvənməməsidir. Dəyər verməmələri, özlərini üstün görmələri, qürurlanmaları, təkəbbürlənmələri, özündə böyüklüyü, haşa, ilahlıq dərəcəsinə gətirmələri özlərini məhv edir və bu çox iztirab verir insanlara.

(A9 TV; 29 Noyabr 2012)

Qüsur gözü ilə baxsan çox qüsur görərsən. Amma gözəl gözlə baxsan onda çox gözəllik görə bilərsən. Əks halda beynini qaraltsan gördüyün görünüş də qaralar o zaman. Ruhun da qaralar.

(A9 TV; 29 Noyabr 2012)

Filmlərdə adam öldürmək bir çox insan tərəfindən həyəcanla seyr edilir. O zaman mərhəmətin ruhu şüuraltında getdikcə azalmağa başlayır. Şəfqətin ruhu getdikcə azalmağa başlayır və şiddətin ruhu insanlarda inkişafa başlayır. Halbuki, sevgini, mərhəməti izah edən, bağışlayıcılığı, dostluğu, yaxşı niyyəti, xoş hesab etdiyi, güvən ruhunu izah edən filmlərin olması lazımdır.

(A9 TV; 29 Noyabr 2012)

Bir insan şübhəlidirsə, insanlara güvənə bilmirsə, qorxu içində yaşayırsa, sevgini bilmirsə, nifrətə açıqsa, rəqabət ruhundadırsa, kindən, küsməkdən, inciməkdən, döyüşdən xoşlanırsa ağrılar bitməz. Dəccal da insanların bu zəifliyini bildiyi üçün buradan yanaşıb insanları məhv edir.

(A9 TV; 29 Noyabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)