Bu qarışıqlıq, bu zülm, bu acı, bu sevgisizlik, bu uğursuzluq Mehdi (ə.s) olaraq bildiyimiz bir insanın insanlara mehribanlığı, sevgini öyrətməsi ilə sona çatacaq. Lazımsız olan bu donuqluq, bu ölülük sanki Mehdi (ə.s)-ın açar vəzifəsi yerinə yetirməsi ilə bu kilid açılacaq.
(A9 TV; 3 dekabr 2012)
Məni çox sevsəniz, məndən qorxsanız, Qurana uysanız, səmimi olsanız, davamlı ağlınız, ürəyiniz Məndə olsa və tövbə etsəniz, Allaha həmd etsəniz, Allahın böyüklüyünü söyləsəniz “Allahu əkbər”, Məni tənzih etsəniz deyir Cənab Allah “SubhanAllah”, “Əksik, nöqsan sifətlərdən münəzzəhsən, Ya Rəbbim, mükəmməlsən” şəklində Məni tərifləsəniz deyir Cənab Allah, Mənim şanımı təqdir etməyə var gücünüzlə cəhd göstərsəniz sizə müsibət üz verməz deyir Allah. Rahatlayarsınız, deyir. Burada bir sirr var.
(A9 TV; 2 dekabr 2012)
Nəyə çox diqqət yetirməsi lazımdır müsəlmanların? Halala, harama diqqət yetirməsi, Allahı çox sevməsi, Allahı çox xatırlaması, davamlı ürəyinin Allah ilə birgə olmasıdır. Bu nəyi gətirər? Burada bir sirr var. Rahatlayarsınız, deyir Allah.
(A9 TV; 2 dekabr 2012)
Zənginlikdə insanların əksəriyyətində həm eqoizm, həm qürur, həm təkəbbür meydana gəlir. Kasıblıqda da təvazökarlıq, mehribanlıq, Allaha yaxınlıq, istilik, az bir şeydə xoşbəxt olma inkişaf edir. Ancaq cənnətdə zənginliyi qaldıra biləcək ruhda olur insanlar.
(A9 TV; 2 dekabr 2012)
İqtisadi böhran dövrlərində insanlar həmişə dindar olmuş, yığışmış, daha məqbul hərəkət edər hala gəlmişdir. Onun üçün dünyanın hər yerində həmişə iqtisadi çətinlik vardır. Allaha dönsünlər deyə Allah bunu xüsusi olaraq belə edir.
(A9 TV; 2 dekabr 2012)
Müsəlman əzabla çox təmasda olmaz. Küfr çox şiddətli əzabla təmasda olar. Cənab Allah Quranda əzabın növlərini izah edir. Müsəlman yalnız əzab haqqında məlumat əldə edər və yalnız uzaqdan görər.
(A9 TV; 2 dekabr 2012)
Allah iman edib səmimi əməllərdə olan qulları ilə əlaqəli olar. Onların sözünü, tələbini dinləyər, dualarını qəbul edər. Ayədə “və onlara Öz fəzlindən artırar” buyurur. Məsələn, sağlamlıq verdisə artırır, səhhət verdisə artırır, mal verdisə artırır, təsir verdisə artırır, güc verdisə artırır, artırar.
(A9 TV; 2 dekabr 2012)
Cənab Allah tövbəni sevər. “Tövbə edin” deyir. Möminə də rahatlıqdır. Çünki tövbə edən, könlündə rahatlıq tapar. Allaha qarşı sevgisi artar. Səhv etdiyi üçün, o günahkarlıq duyğusunda bir rahatlama olar.
(A9 TV; 2 dekabr 2012)
Cənab Allah İsa Məsih üçün “Əhli Kitabdan sənə iman etməyən heç bir fərd qalmayacaq” deyir. Nədir bu? Masson da iman edəcək deyir, Buddist olan da iman edəcək, hər kəs sənə iman edəcək deyir Allah. Amma İsa Məsih necə davranacaq? Hamısına sevgi ilə davranacaq, şəfqətlə. O dövrdə də İsa Məsih hər kəsi bağrına basırdı. Hər kəsə qarşı mərhəmətli idi.
(A9 TV; 2 dekabr 2012)
İslam qucaqlayıcıdır. Müsəlmanlıq hərəkəti tətbiqlə olar. Mehdiyyətin ruhunda bütün ölkələri əhatələmək vardır. Kral Məsih yəni Mehdi bütün dünyaya gəlir. Qurandakı işarə budur, Tövratın şərhi budur, peyğəmbərimiz (s.ə.v)-in şərhi budur.
(A9 TV; 2 dekabr 2012)





