PKK bu nöqtəyə silahla gəldi, bundan sonra da silahla davam edər. Təşkilat əsla silah buraxmaz. PKK kommunist dövlət qurmadıqdan sonra terrordan imtina etməz. Ancaq fikri mübarizə ilə PKK-nı təsirsizləşdirmək mümkündür.
(A9 TV; 3 Yanvar 2013)
Gələn hər imtahanı sevinclə qarşılayıb, onun haqqını tam vermək lazımdır. Çətin imtahanın gəlməsi, qızıl dolu gəminin gəlməsi deməkdir. Bəzən imtahan insana çətin kimi gəlir amma içi savabla doludur.
(A9 TV; 3 Yanvar 2013)
PKK indi Leninin “bir addım irəli, iki addım geri” taktikasını tətbiq edir.
(A9 TV; 3 Yanvar 2013)
Bəşər Əsədlə Öcalan eyni düşüncədədirlər, ikisi də Stalinistdir.
(A9 TV; 3 Yanvar 2013)
Bəziləri Öcalanı guya qəhrəman kimi göstərməyə səy göstərir. Bu çox eybəcər və çox çirkindir. On minlərlə şəhid verdik. Biz Öcalanı qəhrəman deyil, qatil və xain bilirik.
(A9 TV; 3 Yanvar 2013)
Məktəb kitablarında Darvinizm birtərəfli olaraq izah edilir. Bu çox səhvdir. Mütləq qarşı elmi dəlillərə və yaradılış həqiqətinə də yer verilməlidir.
(A9 TV; 3 Yanvar 2013)
İslam aləmi bizim təmin etdiyimiz zəmin vəsiləsi ilə Darvinistlərə qarşı rahatdır. Əvvəllər elmi olaraq cavab verə bilmədikləri üçün Darvinistlərdən çəkinirdilər.
(A9 TV; 3 Yanvar 2013)
PKK ideoloji istiqamətdən çökdüyü üçün çaxnaşma halındadır.
(A9 TV; 3 Yanvar 2013)
Türk milləti artıq Darvinizmə inanmır. İmanlı millətimiz Darvinizmin etibarsızlığını gördü.
(A9 TV; 3 Yanvar 2013)
Kommunizm ilə mübarizə fikirlə və elmlə olar.
(A9 TV; 3 Yanvar 2013)





