Mənəviyyatı ilə, qüruru ilə, şərəfi ilə cənub-şərqdəki qardaşlarımız alnı açıq, qürurla yaşayacaqlar, inşaAllah. Təşkilatlanmamış milyonlar var, təşkilatlı bir ovuc kommunist adam hamısını narahat edə bilir. Təşkilatlı olduğu üçün. Onun üçün cənub-şərqdəki qardaşlarımızın dövlətin dəstəyi ilə təşkilatlı bir mübarizə etməsi əsasdır. O zaman heç bir şey edə bilməzlər.
(A9 TV; 11 Yanvar 2013)
Cənub-şərqli qardaşlarımız, o zadəgan Bədiüzzamanın övladları mənəviyyatla yaşayarlar. Sən onların əlindən dini alsan, imanı, müqəddəsatı, adət-ənənəsini alsan, gözəllikləri alsan öldürərsən onu, məhv edərsən.
(A9 TV; 11 Yanvar 2013)
Paris kimi edəcəyik Mardini, Siirti London kimi edəcəyik. Diyarbəkiri Vaşinqton kimi edəcəyik, inşaAllah. Mənim canlarım çox gözəl, çox şərəfli, şən, mənəviyyatı gözəl günlər görəcəklər inşaAllah.
(A9 TV; 11 Yanvar 2013)
Cənub-şərqdə çox kasıbdır mənim canlarım, çox çətin vəziyyətdədirlər. Xüsusilə qışda, indi xeyriyyəçi qardaşlarımız oraya, məsələn, 100 cüt ayaqqabı göndərsələr, 100 cüt palto göndərsələr çox böyük savab qazanarlar. Mənim canlarım tənəzzül edib ehtiyaclarını söyləməz. Qürurludur onlar, çox şərəflidirlər. Üsulu ilə, ədəbi ilə, qürurlarına zərər vermədən o canlarımıza o imkanları təqdim etmək çox savab olar.
(A9 TV; 11 Yanvar 2013)
Mehdiyyəti heç bir güc dayandıra bilməz. Bütün dünyanın idarəsi Cənab Allahın qüdrətində, mənəvi əlindədir.
(A9 TV; 11 Yanvar 2013)
Allah müsəlmanın şövqünü artırmaq üçün ona səhv etdirə bilər. Beləcə o insan, o duyğu ilə daha təqva, daha dəqiq, daha imanlı ola bilər.
(A9 TV; 10 Yanvar 2013)
Türkük deyincə böyük bir dövlətimiz olar, böyük bir millət olarıq. Kimsə qoçuluq da edə bilməz, rahatlayarıq. Amma parça-parça olsan gələn- gedən vurar. Nicatını kəsərlər. BİR OLAQ, BÜTÖV OLAQ, GÜCLÜ OLAQ.
(A9 TV; 10 Yanvar 2013)
Türkcə təhsil hər cəhətdən üstündür. Çünki qəzetlər türkcə çıxır, kitablar türkcə, hər yer türkcədir. Kürdcənin istifadə ediləcəyi bir yer yoxdur. Təcili olan türkcədir. Təhsil dili türkcədir. Orada ayrı bir millət yaratmaq, ayrı bir dövlət yaratmaq üçün məcbur edən bir quruluş var.
(A9 TV; 10 Yanvar 2013)
Kommunistlərin bir ümmət şüuru vardır. Hal-hazırki müsəlmanlarda olmayan mükəmməl bir ümmət şüuru vardır. O üstünlüklərini öz ağıllarına uyğun istifadə edirlər.
(A9 TV; 10 Yanvar 2013)
Rus Marksist, Leninist, Stalinist “dərin dövləti” və köhnə Marksistlər, köhnə Stalinistlər geniş diametrli PKK-nı dəstəkləyirlər indi. Avropa kommunistləri dəstəkləyir. Amerikada CIA dəstəkləyir, amma türk milləti imanlı olduğu üçün, qoç igid olduğu üçün heç bir şey edə bilmirlər.
(A9 TV; 10 Yanvar 2013)





