Allah İslam Birliyini insanlara sevdirərək qəbul etdirəcək. İnsanlar yaşadıqları hadisələrlə İslam Birliyinin lazım olduğunu görəcək və özləri istəyəcəklər, inşaAllah.
(A9 TV; 15 Fevral 2013)
Allah, yaratdığı böyük hadisələrlə Özünü dayanmadan xatırladır.
(A9 TV; 15 Fevral 2013)
Quranda eyhamla hökm yoxdur. Allah hökmlərini açıq, dəqiq bildirər.
(A9 TV; 15 Fevral 2013)
Nur surəsində başın deyil, sinənin örtülməsi əmr edilir. Quranda başı örtməklə əlaqədar bir hökm yoxdur. Ancaq Əhzab surəsində bildirilən təhlükəli yerlərdə çarşab geyinilməsi ilə bağlı ayə çadranı da ora daxil edən hökmdür. Çünki çarşab bir xanımı başdan ayağa kimi örtən bir geyimdir.
(A9 TV; 15 Fevral 2013)
Xristianlara və yəhudilərə şəfqət göstərmək qardaşlarımızın daimi xüsusiyyəti olmalıdır, inşaAllah.
(A9 TV; 15 Fevral 2013)
Ölkəmizdə demokratiyaya istiqamətlənən işlər çörəkdən, sudan daha təcilidir.
(A9 TV; 15 Fevral 2013)
Dünyaya könül vermək dəlilikdir. Dünyaya könül verilməməsi üçün Allah xəstəliklər, acizliklər, əksikliklər yaradar.
(A9 TV; 15 Fevral 2013)
Cənnətdə musiqinin lap yaxşısı vardır. Cənnətin musiqisi, mahnıları insanı məst edər.
(A9 TV; 15 Fevral 2013)
Bədiüzzaman “Dəccalın təxribatını hz. Mehdi (ə.s) aradan qaldıracaq” deyir.
(A9 TV; 14 Fevral 2013)
Bədiüzzamanın ayədən və hədisdən çıxardığı hesablamalara görə qiyamət 2120-ci ildə, dünya ilə böyük bir meteoritin toqquşması ilə başlayacaq. Qiyamətdən əvvəl iman əhlinin ruhları yerdən götürüləcək.
(A9 TV; 14 Fevral 2013)





