Dərs kitablarında Darvinizm xurafat olaraq deyil, elmi bir həqiqət kimi izah edilincə Allahın varlığı rədd edilmiş, iman yox edilmiş olur. Baxırıq, biologiya kitablarında Darvinizmin əleyhinə tək bir məlumat yoxdur. Elə olmaz. Darvinizmin etibarsızlığını elmi dəlilləri ilə izah etmək lazımdır.

(A9 TV; 18 Fevral 2013)

 Bura əyləncə yeri, kazino deyil. İmtahan yeridir. İnsanlar burada əylənəcəyini zənn edirsə, o zaman çek-sənədlərlə məşğul olarıq, evlənərik, toy edərik, işimizdə, gücümüzdə olarıq. O zaman Allah rahatlıq verməz. Allah “Mən imtahan üçün yaratdım” deyir. Allah, anlamırlarsa anlayacaqları dildən izah edir.

(A9 TV; 15 Fevral 2013)

Hədisdə bildirilir: “Mehdi (ə.s) başında halqavari bir bulud ilə zühur edər “. Bu ifadə eyni zamanda dünyanın üstündəki o halqaya işarə edir. Meteoritlər bir sarıq kimi dünyanın üzərini əhatə etmiş vəziyyətdədir. Çünki Cənab Allahın diləməsi ilə Mehdi (ə.s)-ın dünyası buradır.

(A9 TV; 15 Fevral 2013)

1980-ci ildən sonra iki məsələdə çoxalma oldu: 1) Zəlzələlərdə, dünya tarixində görülmüş zəlzələlərin iyirmi-otuz misli daha çox; 2) Meteoritlər artıq bulud halına gəldi. Əvvəllər barmaqla sayılarkən, indi bulud halında dünyanı örtdü. Bunlar Mehdiyyətin işarələridir.

(A9 TV; 15 Fevral 2013)

Meteoritin dünyaya toxunaraq keçməsi çox böyük hadisədir. Daha sonra meteorlar gəldi Rusiyanı vurdu. Fövqalədə hadisələr olur. Axırzaman bütün şiddəti ilə davam edir. Hər gün bir möcüzəvi, qəribə hadisə baş verir. Əvvəllər ayda, ildə olan zəlzələlər nəfəs almadan hər gün olur.

(A9 TV; 15 Fevral 2013)

Rusiyaya meteorların düşməsi ilə Allah bir mənəvi işarə daha göndərdi. Bu tip hadisələr, əlamətlər çoxalacaq. İnsanlar Mehdi (ə.s)-ı axtaracaq. Bir qeyri-adilik olduğunu anlayacaqlar. “Allah bir şey istəyir” deyəcəklər. Bir məqsədi var deyəcəklər və Mehdi (ə.s)-ı, İsa Məsihi tapacaqlar və İslam Birliyi dünyaya hakim olacaq.

(A9 TV; 15 Fevral 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)