PKK-nın tərəfdarlarının şövqü, həyəcanı, ideologiyası var. Buna qarşılıq olaraq bizim gəncliyimizin də İslam Birliyi idealı və həyəcanı olmalıdır. Mədəni, sevgi dolu, çox dinamik, ehtiraslı bir gəncliyə ehtiyacımız var.
(A9 TV; 22 Fevral 2013)
Müsəlman Allahdan hər şeyin gözəlini, cənnətdə ən yaxşı mövqeyi, Allahın ən çox sevməsini istəyəcək. Biz Allahı lap çox sevəcəyik. İnsanlara sözün ən gözəlini söyləyəcək, ən gözəl paltarlarımızı geyəcək, ən gözəl qoxular üzərimizdə olacaq, ən gözəl söhbətləri edəcəyik. Allaha şükür dinimiz ən gözəl dindir. Ən gözəl texnologiyanı Cənab Allah bizə yaşadır, ən gözəl yardımları edir. Həmişə gözəli istəyəcəyik.
(A9 TV; 21 Fevral 2013)
Bütövləşdirici, birləşdirici, Türkiyəni böyüdəcək, İslam Birliyinə faydası olan hər şey qəbulumuzdur. Amma bölünmə, bəlanı axtarmanın bir başqa adıdır.
(A9 TV; 21 Fevral 2013)
Məscidi-Əqsanı yeddi dövlət gəlsə yıxa bilməz. Məscidi-Əqsanın qədərində elə bir şey yoxdur. Mehdi (ə.s) Məscidi-Əqsada da İsa Məsihlə birlikdə namaz qılacaq. İsa Məsihə imamlıq edəcək. Allahın sözü əsasdır. İsrail ya başqası, heç biri yıxa bilməz.
(A9 TV; 19 Fevral 2013)
İman nuru insanın üstünə çöksə, artıq o zirehdir. Atəşin içinə belə girsə bayramdır. Çünki atəşin içinə nuruyla girər, deşər.
(A9 TV; 19 Fevral 2013)
Türkiyədə yaşayıb, türklüyü qəbul edən, özünü türk olaraq qəbul edən hər kəs türkdür. Burada bir qövm üstünlüyü, bir irqçilik, bir kor-koranə inanc yoxdur. Bir qardaşlıq ruhu var. Bir millətin adı olmalıdır. Bu vətənin də adı Türkiyədir.
(A9 TV; 19 Fevral 2013)
İslam dünyaya hakim olacaq. İslam hal-hazırda dünyadakı ən gözəl inanc, iman axınıdır. Hər kəsin qəbul edəcəyi, hər kəsin məqbul görəcəyi bir inancdır.
(A9 TV; 19 Fevral 2013)
Millətini sevmək bir əxlaq qaydasıdır, gözəldir. İnsan ailəsini, qardaşlarını, millətini sevər. Amma üstünlük iddia etmək artıq fərqlidir. Təbii ki, insan millətini, ailəsini qoruyacaq, sevəcək, şəfqət bəsləyəcək. Amma “Mənim irqim üstündür”, “Ən üstün irq bizik” desə, bu çox anormal bir hərəkət olar.
(A9 TV; 19 Fevral 2013)
Abdullah Öcalan axırzaman dəccallarından bir dəccaldır. Peyğəmbərimiz (s.ə.v) 30 nəfər dəccal olacaq deyir, o dəccallardan biridir. Mehdi (ə.s) dövründəki dəccallardan biridir.
(A9 TV; 19 Fevral 2013)
PKK hərəkətinin Amerika tərəfindən də, Avropa tərəfindən də dəstəklənilməsinin səbəbi cənub-şərqi bir xətt olaraq bağlayıb Türkiyənin, Anadolunun İslam ölkələri və türk dövlətlərlə əlaqəsini kəsməsidir. Mehdiyyətə qarşı təşkil olunmuş hiyləgər, gizli bir işdir.
(A9 TV; 19 Fevral 2013)





