Qardaşlarımız namaza sevinclə qalxsın. Nə gözəl, qalxdığımızda tərtəmiz dünya görürük. Səhər yerindən iflic də qalxa bilərsən. Qalxarsan ayağın yer tutmaz, ağzın əyilmiş vəziyyətdə ola bilər. Yaxud qalxdığında cəhənnəmə getmiş də ola bilər. Nə gözəl, Cənab Allah məmnuniyyətlə, bərəkətlə oyandırır.

(A9 TV; 3 Mart 2013)

Bütün mehdilərə, peyğəmbərlərə lağ edilmişdir. Amma Allah ayədə deyir: “istehza etdikləri əzab onları bürüyəcək”. Onlar axmaqlıqlarına görə sonda məğlub olurlar. Peyğəmbərə, mehdilərə lağ etmək axmaqlıq əlamətidir. Axmaqlığın 101 əlamətindən biri də peyğəmbərlərə lağ etməkdir. Axmağın xeyli əlaməti vardır.

(A9 TV; 3 Mart 2013)

Namazı Quranda təsvir edildiyi kimi səmimiyyətlə, tərtəmiz qılmalısınız.  Qarışıq bir şey yoxdur. Sevinclə, sevgi ilə, hüzur, dincliklə namazı qılmalısınız. Namazı qarışıq hala gətirməyə cəhd etmək şeytanın rəftarıdır. Şeytan qarışıq hala gətirər ki, insanlar namaz qıla bilməsin.

(A9 TV; 3 Mart 2013)

Cənabı Allah deyir:”Hər nəfs ölümü dadacaqdır”. Bir “bal kimi dadmaq” var, gözəl ətir verilərək, gözəlliklə, iltifatlarla, məmnuniyyətlərlə, cəsarətləndirərək, Allah xatırlanaraq, təkbirlərlə gözəl şəkildə can alınması var. Birdə sillə ilə, yumruqla, qaranlıq içində süründürülərək, alçaq, rüsvay edilərək can alınması var. Allah bizləri gözəl canı alınan möminlərdən etsin. Can gözəl alınsa onsuz da cənnətə zəmanət verilir, inşaAllah.

(A9 TV; 3 Mart 2013)

Dünya imtahan dünyasıdır, bir qapıdan girilib, bir qapıdan çıxılır. Hamımız o şərəfə, gözəlliyə çatacağıq, inşaAllah. Rəbbimizin qatına çıxacağıq. Cənabı Allah bildirir ki, hər nəfs ölümü dadacaq. Bir “gözəl dadmaq”, bir də “ağrılı dadmaq” var. Allah gözəl dadanlardan olmağı nəsib etsin.

(A9 TV; 3 Mart 2013)

Mehdiyyət yolu daim açıq olan yoldur. Digər yollar həmişə bağlıdır. Gedəcəyini zənn edərsən, başını divara vurarsan. Gedəcəyəni zənn edərsən, başını daşa vurarsan. Mehdiyyət yolunda quş kimi uçarsan. O yoldan ayrılmasan quş kimi uçarsan, heç bir maneə ilə qarşılaşmazsan.

(A9 TV; 1 Mart 2013)

İdeal Ocaqları, Milliyyətçi Hərəkət Partiyası, Böyük Birlik Partiyası, Alpərənlər həmişə lazımlıdır.. Həmişə məktəb kimi yaşayacaq, canlı olaraq mənəvi cəhətdən xidmət etməyə davam edəcəklər. Onlar mənəviyyat, şövq-həyəcan ocaqlarıdır, maşAllah.

(A9 TV; 1 Mart 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)