Təhqir edənə qanuni lazım olan cəza veriləndə bir daha təhqir edə bilmir. Danışığını düzəldir. Demək ki, düz danışmağı bilir. Hüququn, qanunların belə tərbiyə edici, gözəl tərəfləri vardır.
(A9 TV; 17 Aprel 2013)
Başqalarını təhqir edənlər və buna qarşılıq olaraq məhkəməyə veriləndə buna reaksiya göstərənlər eyni təhqiredici sözlər özlərinə qaytarılanda, bu dəfə də özləri təhqirlərə görə məhkəməyə verirlər. Bu, səmimiyyətsizliklərinin açıq sübutudur.
(A9 TV; 17 Aprel 2013)
Hal-hazırda təhqir edənə qanuni hüquqla lazım olan cavab verilir. Əvvəllər isə ağlasığmaz təhqir edirdilər və onların cəzası da verilmirdi. Artıq kiminsə təhqir edə bilməməsi bu hökumətin bir gözəlliyidir.
(A9 TV; 17 Aprel 2013)
Bir millət olaraq bizi küfrə, təhqirə öyrəşdirməyə çalışanlar var. Bunu qəbul etmərik. Biz küfr, təhqir istəmirik.
(A9 TV; 17 Aprel 2013)
Söymək, təhqir etmək hansı inanca mənsub olan insana edilirsə edilsin, çox çirkin bir davranışdır. Hər kimə edilsə biz bunu tənqid edərik.
(A9 TV; 17 Aprel 2013)
Qanun qarşısında bütün vətəndaşlar bərabərdir, kiminsə təhqir etmək hüququ və ya toxunulmazlığı yoxdur.
(A9 TV; 17 Aprel 2013)
Heç kim təhqiri qəbul etməz, hər kəs həddini bilməlidir.
(A9 TV; 17 Aprel 2013)
Təhqir edən özünü hörmətdən salar.
(A9 TV; 17 Aprel 2013)
Təhqir etmək qanunla cinayətdir. Söyəni, təhqir edəni bütün dünyada məhkəməyə verirlər. Burda qəribə bir şey yoxdur.
(A9 TV; 17 Aprel 2013)
Müsəlmanları təhqir etmələrinə icazə vermərik. Hüquq, qanun var.
(A9 TV; 17 Aprel 2013)





