AKP zamanı yaradılan meşəlik sahələrini xalqa göstərmək yaxşı olardı.
(A9 TV; 10 İyun 2013)
Şəfqət, mərhəmət və mülayimlik Allahın Quranda ən çox bəhs etdiyi mövzulardandır.
(A9 TV; 10 İyun 2013)
Türkiyə təbəqədən təbəqəyə keçəcək. Bir çox hadisələr baş verəcək, insanlar dəyişəcək. Bu möhtəşəm ölkənin üstündə mehdiyyət günəşi doğulacaq.
(A9 TV; 8 İyun 2013)
Bığlı, içinə qapanmış, sənətdən, estetikadan baş açmayan, başına vur əlindən çörəyini al, donuq baxışlı―belə gənclik olmaz. Gənclərin hər yerə sevinc gətirməsi lazımdır. Qəhqəhələri ilə, gülüşləri ilə, söhbətləri ilə, sevincləri ilə, gözlərindəki parıltı ilə ahəng, zənginlik, gözəllik təqdim etmələri lazımdır.
(A9 TV; 8 İyun 2013)
Əsl müasirlik sevinc dolu bir cəmiyyətdir. Yəni bu tərbiyədə olan, soyuq cəmiyyət deyil, şən, sevincli, keyfiyyətli, həyat dolu bir cəmiyyət dövlətin, hökumətin hədəfi olmalıdır. Buna görə də Keyfiyyət Nazirliyinin yaradılması vacibdir.
(A9 TV; 8 İyun 2013)
Soyuq olmaq gözəl bir şey deyil. Müsəlman canlı, şən, sevincli, həyatın gözəlliklərini vurğulayan bir ruh içində olmalıdır.
(A9 TV; 8 İyun 2013)
Beşikdaş, Fənərbaxça, Qalatasaray gəncliyi Türkiyə üçün aktiv bir gücdür. Yəni, dünyanı hərəkətə gətirəcək güclərdir. Vətənə, millətə, bayrağa sədaqətdə, Türkiyənin bölünməzliyini müdafiədə əsaslı bir gücdür.
(A9 TV; 5 İyun 2013)
Allah milləti hidayətlə, nuru ilə qucaqlamışdır. Millətin üzərində nurdan zireh çəkilib. Millət Allahın nuru ilə qorunur. Mələklər, hz. Xızır (ə.s) təhlükədən qoruyur.
(A9 TV; 4 İyun 2013)
Gənclər küçədə azad olacaq. Mən bunları görərkən fərəh hissi duyaram. Hədsiz dərəcədə şən, rahat olsunlar. Ətraf bununla gözəl olur. Gözəl gənc qızlar, yaraşıqlı cavanlar şən və rahat olacaqlar.
(A9 TV; 4 İyun 2013)
Bütün gənclərə, bütün millətimizə, hər kəsə Risalə-i Nuru tövsiyə edirəm. Risalə-i Nurdan bir parça istifadə edənin xasiyyətində, xarakterində bir dəyişiklik olar.
(A9 TV; 4 İyun 2013)





