Bəziləri Tayyib bəyi fərqli insan kimi tanıtmağa çalışırlar. Tayyib bəy məzlum Anadolu gənci, nur kimi insandır.
(A9 TV; 17 İyun 2013)
Türkiyənin qədəri yellənməkdə deyil, mehdiyyətdir.
(A9 TV; 17 iyun 2013)
Gəzən ölülər çoxdur. Kim Allaha, Allahın vəlisinə düşmən olsa Allah onu gəzərək öldürər. Gedərkən, yemək yeyərkən ölü olar. Canlı zənn edərsən, halbuki o ölüdür. Heç xəbəri belə olmaz.
(A9 TV; 16 İyun 2013)
Azadlıq, sülh Quranın əmridir. Allahın bizə verdiyi nemət, cənnətin xüsusiyyətidir. Mömin onsuz da həmişə azadlıq və sülh istəyəcək.
(A9 TV; 16 İyun 2013)
İmperializm, kommunizm onsuz da bir-birilə bağlıdır. Bunlar bir-birinin qardaşıdır. Bunlar ailədir, faşist, kommunist, kapitalizmin ataları vəhşi kapitalizmdir. Sağında oğlu kommunizm, solunda oğlu faşizm dayanır.
(A9 TV; 16 İyun 2013)
Mehdiyyət təzyiq göstərən deyil. Yəni kim vətəndaş namazını qılacaq, kim qılmayacaq, kimi başı açıq olacaq, kimi dekoltə geyinəcək, kimi çarşabla gəzəcək. Amma bütün insanlar xoşbəxt olacaq. Hər kəs azad olacaq.
(A9 TV; 16 İyun 2013)
Sosialist inqilabı etməyə ehtiyac yoxdur. İslam Birliyi, Türk İslam Birliyi inqilabı olacaq. Atatürkün dediyi olacaq. Atatürkün prinsiplərindən biri də inqilabçılıqdır. Atatürkün dediyi inqilab Türk İslam Birliyi, İslam Birliyi inqilabıdır. Hal-hazırda demokratiya ilə, sevgi ilə, məlumatla, ağılla, nəzakətlə, sənətlə və estetika ilə davam edir.
(A9 TV; 16 İyun 2013)
Mehdiyyət, Mehdi (ə.s) tərəfdarı məğlub olmaz. Mehdi (ə.s) tərəfdarı Cəbrayıl, Mikayıl və mələklər tərəfindən qorunar, kim olursa olsun. Allah tərəfindən Mehdi (ə.s)-ın əleyhinə olanlar da mütləq boğular.
(A9 TV; 16 İyun 2013)
Sevgi dolu olun, şəfqət üslubundan istifadə edin. Zülmkar üslubunu istifadə etməyin. Şəfqətdə bərəkət, zülmkarlıqda bərəkətsizlik vardır.
(A9 TV; 15 İyun 2013)
Müsəlmanın xüsusiyyətləri mərhəmətdə, şəfqətdə, nəzakətdə, təmizlikdə ən irəli olandır, ən gözəl geyinən, yeyib-içən, paylayan, ən ədalətli, mərhəmətli, ictimai ədaləti mükəmməl şəkildə tətbiq edən olmasıdır.
(A9 TV; 11 İyun 2013)





