Tayyib bəyimizi diqqətlə qorumaq lazımdır. Əhəmiyyətli bir insandır, Allah ömrünə bərəkət versin.
(A9 TV; 12 Avqust 2013)
Allahın “Həbibim” dediyi Peyğəmbərimiz (s.ə.v) ilə mübahisə etmək istəyənlər hətta, haşa, ona ağıl verməyə çalışanlar belə olurdu. Halbuki, vəhy alan bir peyğəmbərə itaətdən başqa bir rəftar göstərilməməlidir.
(A9 TV; 12 Avqust 2013)
İslam Birliyi olmadıqca, mehdiyyət olmadıqca müsəlmanların boynu bükük olur.
(A9 TV; 12 Avqust 2013)
Xristianlar, yəhudilər dünyanın hər yerində əzilirlər. Onlara sahib çıxmaq, sevgi, şəfqət göstərmək savab olar, bərəkət gətirər, inşaAllah.
(A9 TV; 12 Avqust 2013)
Ronaldo bizim təsvir etdiyimiz İslam anlayışına yəni müasir İslam anlayışına, səhabə İslam anlayışına qaçaraq gəlir.
(A9 TV; 11 Avqust 2013)
Amerikanın qoçuluq edəcək gücü yoxdur. Amerikanın qurtuluşu Məhəmmədi-xristianlıqda, mehdiyyəti istəməkdədir. Rusiyada da belədir, Məhəmmədi-xristianlıq, İslam yayılsa ölkə cənnətə dönər.
(A9 TV; 10 Avqust 2013)
Hz. Mehdi (ə.s) ilə yenidən səhralara yağış yağacaq, yenidən dünyaya ruh gələcək, İslam dünyaya hakim olacaq, inşaAllah.
(A9 TV; 10 Avqust 2013)
Bütün dünyada radikal İslamın şiddəti ancaq mehdiyyətlə dayandırıla bilər. Hz. Mehdi (ə.s)-ın bir sifəti də Mehdiy-ul dəm, yəni “qan dayandıran Mehdi”dir.
(A9 TV; 10 Avqust 2013)
Kimsə özünə təhqir etdirmədiyi kimi biz də, haşa, Allaha qarşı danışmağa qoymarıq.
(A9 TV; 10 Avqust 2013)
Yaşamaq çətindir, insan dünya həyatında onsuz da çətinlik içində imtahan verir. Bununla yanaşı bir də qatı dinçilik olduqda bunu heç kim qəbul etməz.
(A9 TV; 10 Avqust 2013)





