Hər hansı fikir sevilərək və istənilərək qəbul edilir. Xalqı guya qorxudaraq, şiddət göstərərək öz fikirlərinə tabe etməyə cəhd etmək əxlaqsızlıqdır.
(A9 TV; 17 Avqust 2013)
İmansızlıq dünyanı cənginə almışkən İslama ən gözəl xidmətlərdən biri, iman həqiqətlərinin izah edilməsidir.
(A9 TV; 16 Avqust 2013)
Bəzi müsəlman alimlərin dili kilidləndi, İslam Birliyindən bir kəlmə də bəhs etmirlər.
(A9 TV; 16 Avqust 2013)
“Yalnız bu ölkə xilas olsun!” deyirlər, lakin belə olmaz. Bu, eqoistlikdir. Bütün müsəlmanların qurtuluşunu istəməlidirlər.
(A9 TV; 16 Avqust 2013)
Əhməd Altan və Mehmet Altan ikisi də dürüst insanlardır. Əhməd Altanı küsdürdülər. Onun küskünlüyünü aradan qaldıracaq bir yol tapmaq lazımdır. Əhməd Altan kimi qiymətli insanlar şövqlə danışmalıdır.
(A9 TV; 16 Avqust 2013)
Əxlaqı Allah müəyyənləşdirir. İnsana əxlaqı öyrədən Allahdır. Biz Allah öyrətdiyi üçün əxlaqı bilirik. Haşa, Allaha əxlaq öyrətməyi istəmək çox böyük ağılsızlıqdır. Haşa Allaha, Qurana din öyrətməzlər.
(A9 TV; 16 Avqust 2013)
İnsan cənnətə sevgini öyrənmədən getsə, ürəyi bomboş olar. Cənnətə getmədən əvvəl dünyada sevgini öyrənməliyik. Ürəyində sevgi olmayan cənnət nemətlərindən zövq ala bilməz.
(A9 TV; 16 Avqust 2013)
Mehdi (ə.s) müsəlmanları birləşdirən, ictimai ədaləti təmin edən, dünyadan bütün silahları yox edəcək insandır… Bu, mehdiyyətin, Quranın feli tətbiqidir.
(A9 TV; 16 Avqust 2013)
Çox təkrar etmək ürəyi rahatlaşdırar, təkrar gözəldir. Allah təkrar-təkrar xatırlanar, sevgi təkrar-təkrar deyilər. Allahı xatırlamaqdan, gözəllikləri söyləməkdən bezmək olmaz.
(A9 TV; 16 Avqust 2013)
Allah tövbə etdiyi təqdirdə fironun belə tövbəsini qəbul edəcəyini bildirir. Heç bir insan üçün həyatda olarkən tövbə qapısı bağlanmaz. Hansı günahkar olursa olsun onu tövbəyə dəvət etməkdə məsuliyyət daşıyırıq. Tövbə hər cür günah üçün olar. “Bu adam üçün olmaz” demək çox sevgisiz bir dünyagörüşüdür, doğru deyil.
(A9 TV; 16 Avqust 2013)





