İnsanlar həmişə öz canlarının hayındadırlar. Mehdiyyət bu bəlanı, çətinliyi, məhəbbətsizliyi, sevgisizliyi aradan qaldıracaq. Amma Allah əvvəlcə ağrının, sevgisizliyin, qəddarlığın nə demək olduğunu göstərir ki, insanlar mehdiyyətin dəyərini, qiymətini bilsinlər və aradakı fərqi görsünlər.
(A9 TV; 2 sentyabr 2013)
İstanbul Allah tərəfindən Mehdi (ə.s) üçün xüsusi olaraq alınıb Osmanlıya verilmişdir. Allah Mehdinin çıxışı üçün qədəri bu cür qurdu. İstanbul Mehdi (ə.s) üçün gəlin kimi bəzəndi.
(A9 TV; 1 sentyabr 2013)
Allah mehdiyyətə görə dünyanı dizayn edir. Suriya, Misir, İraq, Əfqanıstan, Türkiyə mehdiyyət üçün düzəldilir, dizayn edilir.
(A9 TV; 1 sentyabr 2013)
Zalımı da yaradan Allahdır. Zalım imtahan üçündür.
(A9 TV; 1 sentyabr 2013)
Mehdiyyət hələ dünya yaradılmadan əvvəl var idi və qiyamətə qədər də etibarlıdır.
(A9 TV; 1 sentyabr 2013)
Ülkü ocaqları dərgah kimidir. Vətənə, millətə faydalı, aslan kimi insanlar yetişdirər. Bütün şöbələri dərgah kimidir.
(A9 TV; 1 sentyabr 2013)
Acı bir həqiqətdir, amma bəla gəlmədən də insanlar düzəlmirlər. Bu, Allahın qanunudur və Quranda bildirilən bir həqiqətdir.
(A9 TV; 1 sentyabr 2013)
İnsanlar: “Mehdi (ə.s)-a ehtiyacımız var, bəli qəbul edirik, ya Rəbbim, başımıza bir sultan göndər, Mehdi (ə.s)-ı göndər” deyənə qədər bəlalar, ağrı-acılar davam edəcək.
(A9 TV; 1 sentyabr 2013)
Allah Qafur və Rəhimdir. Allaha sonsuz güvənirik. Mərhəməti bizə öyrədən Allahdır. Haşa, Allah qəddarlıq etməz.
(A9 TV; 1 sentyabr 2013)
Bəziləri dünyada baş verən azğınlıqlara, zalımlıqlara, hər cür öldürmə üsuluna reaksiya vermirlər. Lakin təkcə kimyəvi silahla öldürmə şəklini bəyənmirlər. İnanılmazdır.
(A9 TV; 1 sentyabr 2013)





