Mələkləri görmək üçün əvvəlcə nur olmaq lazımdır. Maddi aləmdən çıxmaq lazımdır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) mələkləri görürdü, amma maddi olaraq görmürdü. Əvvəl nur halına gəlirdi. Maddə olmaqdan çıxırdı, xüsusi bir hala girirdi.

(A9 TV; 28 sentyabr 2013)

Sadəliyə sadəliklə cavab vermək müsəlmana yaraşmaz. Müsəlman soylu, zadəgan olmalıdır. İslamı zadəganlığı ilə təbliğ etməlidir. Səbirli olması ilə, hörmətli rəftarı ilə, sadə, iffətli rəftarı ilə diqqət çəkər.

(A9 TV; 28 sentyabr 2013)

Mühafizəkar, xurafata əsaslanan İslam anlayışını dünyanın heç bir yeri qəbul etməz. Nə Avropa, nə Amerika, nə də müsəlmanlar qəbul etməz. Mehdiyyətə, Qurana əsaslanan, səhabə İslamı isə bütün dünya qəbul edər. Bizim təsvir etdiyimiz, göstərdiyimiz İslam anlayışı bütün dünya tərəfindən qəbul edilir.

(A9 TV; 28 sentyabr 2013)

Zəlzələlər mehdiyyətin möhürüdür. Allah: “Ya Allaha dönərsiniz, ya da dünyanı həmişə beşik kimi yelləyərəm. Mənə dönəcəksiniz, Məni sevəcəksiniz, sizdən istədiyim budur. Yoxsa dünyanı sizə dar edərəm” deyir. İzahı lazım olan budur.

(A9 TV; 28 sentyabr 2013)

Mardin izmirlilərindir, İzmir də mardinlilərindir. Bütün Türkiyə xalqı bütün Türkiyəyə hakimdir. Türkiyənin hər yeri, hər qarışı Türkiyədə yaşayan bütün insanlara aiddir.

(A9 TV; 28 sentyabr 2013)

Qatı dinçilərin yazdığı kitablar və düşüncələr ilə insanın həyatında yaxşılığa doğru heç bir inkişaf və dəyişiklik olmaz. Yalnız Harun Yəhya kitablarını oxuyan, həyatında müsbət mənada çox güclü dəyişiklik hiss edir. Zahirən rədd etsə belə, ürəyində qəbul etmiş olar.

(A9 TV; 27 sentyabr 2013)

Əfqanıstanda, İraqda hər gün bombalar partlayır. Hər gün kütlə qırğınları olur, yüzlərlə, minlərlə müsəlman şəhid edilir. Bütün bunların hamısı qatı dinçilikdən qaynaqlanır.

(A9 TV; 27 sentyabr 2013)

Qatı dinçilik təhlükəsi var. Bütün İslam aləmini bürümüş, məhv etmiş vəziyyətdədir. Misirdə zərbənin səbəbi nədir? Qatı dinçilərdir. Suriyada müsəlmanların bir-birini qırmasının səbəbi nədir? Qatı dinçilikdir. Mərakeş, Tunis, Əlcəzairdə müsəlmanların ağrı, acı, əzab çəkməsinin səbəbi nədir? Qatı dinçilikdir. Liviyadakı ağrıların mənşəyi qatı dinçilikdir.

(A9 TV; 27 sentyabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)