Qadına qürur, dəyər verən hər söz gözəldir.
(A9 TV; 2 oktyabr 2013)
Peyğəmbərimiz (s.ə.v)-ə aid olmayan uydurma hədislərdə, qadın ərinin köləsi mövqeyindədir.
(A9 TV; 2 oktyabr 2013)
“İnşaAllah” desən bərəkət gəlir. “İnşaAllah” qədərin işığıdır. İslam Birliyinin, dünya hakimiyyətinin şifrəsi və açarıdır. “İnşaAllah və maşaAllah”ı çox söyləyənlər dünyaya hakim olacaqlar.
(A9 TV; 2 oktyabr 2013)
Sağ Türkiyəyə bərəkət, nur gətirər. İstər Səadət partiyası olsun, istərsə Böyük Birlik Partiyası olsun, istərsə də MHP olsun, hamısı Türkiyənin təməl daşlarıdır. Bunları yox etmək olmaz. Eləcə də təriqətlər, camaat; Nəqşibəndilər, Qadirilər, Süleymanlılar, nurçular, bunlar da Türkiyənin təməl daşlarıdır.
(A9 TV; 2 oktyabr 2013)
Amerika kimi güclü bir dövlətin müflisləşməsi, Mehdi (ə.s)-ın, İsa Məsihin həm çıxış, həm də fəaliyyətdə olmalarının əlamətidir. Allah onları Özünə qaytarmaq üçün, sevginin, mərhəmətin, şəfqətin əhəmiyyətini göstərmək üçün bunu edir.
(A9 TV; 1 oktyabr 2013)
İnsan Quranla ağlını tapar. Bir kommunist, bir faşist, bir manyak, bir də Quran ağlı vardır. Hamısının özünə görə bir ağlı var. Ağıl deyilən şeydən aydın olan; Qurandan qaynaqlanan, mərhəmətli, şəfqətli, məqbul, tutarlı olan, vicdanı ilə hərəkət edən insana biz ağıllı deyirik.
(A9 TV; 1 oktyabr 2013)
Bütün türkləri; kürdləri, lazları, çərkəzləri əhatə edən mənada türklüyü vurğulayan bir üslubda yenidən daha da əhatəli, daha yaxşı and hazırlana bilər.
(A9 TV; 1 oktyabr 2013)
Bölgədə rəsmi dili kürdcə edilsə, Türkiyə bölünər, Allah əsirgəsin. Rəsmi dilin kürdcə olmasını istəmək, Türkiyənin mədəniyyətini, hər şeyini ayırmaq istəyirsən deməkdir. Kürdü kürd idarə etsin, türkü türk idarə etsin, çərkəzi çərkəz idarə etsin desən, Türkiyəni parça-parça etmiş olarsan.
(A9 TV; 1 oktyabr 2013)
Həqiqi dünyəvilik dövlətin hicablı olana da, başıaçıq olana da hörmət göstərməsidir.
(A9 TV; 1 oktyabr 2013)
Baş örtüsü olan xanımların xəcalətli edilməsi hər kəsi narahat edir. Xanımlardan əl çəkin rahat yaşasınlar. Amma təbii ki, baş örtüsü olan xanımlar da başıaçıq xanımlara sevgi, hörmət bəsləməlidirlər.
(A9 TV; 1 oktyabr 2013)





