Qiyamət mövzusunda bir daha söyləyirəm baxın, Qiyamət 2120-ci ildə qopacaq! Bir qayanın üstünə yazsınlar. 2121-ci ildə o yazını tapa bilməyəcəklər, çünki  dünya artıq toz, duman olacaq. Allah Quranda: “Bir toqquşma” deyir. “Onu başqa bir toqquşma əvəz edəcək” deyir. Bunu görəcəklər.

(A9 TV; 14 oktyabr 2013)

Kəbənin də orijinal ərazisi tamamilə açılmalıdır. Bu ərazilərin yaşıllaşdırılması, bağ-bağça olması lazımdır. Bunlar imam Mehdi (ə.s) tərəfindən düzəldiləcək. Hara baxsaq Mehdi (ə.s)-a ehtiyac olduğunu görürük.

(A9 TV; 14 oktyabr 2013)

Quran çox sadədir. Quranın demək olar ki, yarıdan çoxu təkrardır. Bu, ayələrin daha da yaxşı qavranılması üçündür. Başqa sözlə, Allah bizə ağılın yığcam və sadə qaydalarını izah edir. Onu tətbiq edəndə xeyli ağıllı, qərarlı olarıq.

(A9 TV; 14 oktyabr 2013)

Qadınlara hörmət edilməlidir. Hər qadın öz şərəfini, namusunu necə qoruyacağını, necə geyinəcəyini çox yaxşı bilir.

(A9 TV; 14 oktyabr 2013)

Qadınlar olduqca nəzakətli, zərifdirlər. Qadınlar güldür. Necə ki, bağçadakı qərənfilə qulluq edilər, diqqət yetirilər. Qulluq edilmədikdə dərhal solar. Qadın da elədir. Qadınların hər şeyinə diqqət yetirilməlidir. Qadınların ruhən və bədən cəhətdən mükəmməl olmaları üçün, onlara çiçəkdən də çox diqqət yetirmək, hörmət etmək lazımdır.

(A9 TV; 14 oktyabr 2013)

Qadınlar çox gözəl, şirin varlıqlardır. Qadınlar dünyanın ən böyük nemətidir. Gözlə görünən, insan olaraq ən böyük nemətdir. Onların xoşbəxt olması üçün azad olmaları lazımdır. Dəyər, hörmət görmələri, qorunmaları lazımdır.

(A9 TV; 14 oktyabr 2013)

Çiçəyə desək ki, “niyə bəzəklisən? Niyə rənglisən? Niyə rəngarəngsən? Niyə bu qədər gözəl qoxulusan?” bu nə qədər məntiqli olar? Qadından da “niyə bu qədər gözəlsən?”―deyə soruşulmaz. Çirkin olmalıdır? Təbii ki, qadınlar gözəl olmalıdırlar.

(A9 TV; 14 oktyabr 2013)

Xanımlar dekoltəni xoşlayarlar. Bəyənilməyi, gözəlliyinin təqdir edilməsini, bəzəkli olmağı xoşlayırlar. Qadınlar dünyanın bəzəyidirlər.

(A9 TV; 14 oktyabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)