Allahı isbat edən hər elmi dəlil bir ayədir.
(A9 TV; 22 oktyabr 2013)
Baş nazirin sözlərini qulaq ardına vurmaq səmimi yanaşma deyil. Səmimi gözlə baxılsa Baş nazirin nəyi nəzərdə tutduğu aydın olar.
(A9 TV; 22 oktyabr 2013)
PKK çoxbilmişlik, qoçuluq etməkdən əl çəkməlidir, bununla nəticə əldə edə bilməz. Türk dövləti ultimatumla hərəkət etməz.
(A9 TV; 22 oktyabr 2013)
Hakan Fidan çox ağıllı, dindar cavandır. Məntiqsiz bir şey etməz. Hakan Fidan bir şeyə qərar verdisə, ona Baş nazir və Baş qərargah da qərar vermişdir.
(A9 TV; 22 oktyabr 2013)
Sultanımız Şeyx Nazim Kıbrısi Həzrətləri Quran tələbəsidir. O bir söz söyləsə sanki ətrafa gül saçmış olar.
(A9 TV; 22 oktyabr 2013)
Biz Ortodoks dindar qardaşlarımızı həmişə qorumağın tərəfdarıyıq.
(A9 TV; 22 oktyabr 2013)
Ev söhbətlərində dua etmək çox əhəmiyyətli bir məsələdir. Bir qardaşımızın dua etməsi, digərlərinin də ”Amin” demələri lazımdır. Hər gün ya bizim kitablardan, ya da Qurandan ayə oxuyub, iman həqiqəti izah edib bunu yeniləmək lazımdır.
(A9 TV; 20 oktyabr 2013)
Quranda nöqsan, əksiklik, ziddiyyət yoxdur. Quran elmlə, ayələr bir-birilə, tarixi hadisələrlə ziddiyyət təşkil etmir. Quranda verilən bütün məlumatlar daha sonra təsdiq olunur. Bu, Quranın möcüzəsidir, əlhəmdülillah.
(A9 TV; 20 oktyabr 2013)
Qatı dinçilər Qurana əlavələr edərək Quranın hökmünü dəyişdirə bilməyəcəklər. İslam Allahın istədiyi kimi, yenə Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi hakim olacaq.
(A9 TV; 20 oktyabr 2013)
Allahı, Quranı unudub, İslamı yaşamayan insanlarla dostluq bağı ilə bağlanıb müsəlmanları tərk etmək olmaz. Sənin bağlanacağın dostluq qrupu müsəlmanlar olmalıdır. Allah “Onlara sevgini göstər” deyir.
(A9 TV; 20 oktyabr 2013)





