Müxalifətin bəzi təhlükələri gündəmə gətirməsi hökumət üçün xeyirli və faydalıdır.
(A9 TV; 30 oktyabr 2013)
Müxalifət iqtidar üçün nemətdir. Müxalifət görülməyəni görməyi təmin edir. Bu da iqtidarı gücləndirər.
(A9 TV; 30 oktyabr 2013)
Çadralı xanımlara hörmət bəslənərkən, başıaçıq xanımları da unutmaq olmaz.
(A9 TV; 30 oktyabr 2013)
Əl-Qaidə kimi təşkilatlar vəhşilik hökmlərini xurafatların girdiyi ənənəvi İslami qaynaqlardan alır.
(A9 TV; 30 oktyabr 2013)
AK Partiyanın dindarlara azadlıq vermə siyasəti gözəldir, amma CHP-ın da qatı dinçiliyi dayandırma siyasəti tarazlığı təmin edir. Hamısında xeyir var.
(A9 TV; 30 oktyabr 2013)
Axırzaman və Mehdi ilə əlaqədar hədislərdə Mərmərə ilə əlaqədar bir çox təfərrüatın bildirilməsi Peyğəmbərimiz (s.ə.v)-in böyük möcüzələrindən biridir.
(A9 TV; 30 oktyabr 2013)
Əgər Mehdi (ə.s) və tələbələri səmimi olaraq şirkdən tamamilə uzaqlaşsalar, Allah Nur surəsi, 55-ci ayədə söz verərək: “Mən İslamı dünyaya hakim edəcəyəm. Qorxularınızı arxayınçılıqla əvəz edəcəyəm. Dini bütün cəhətləri ilə dünyaya hakim edəcəyəm. Amma şirk qoşmayacaqsınız, sadəcə bunu istəyirəm” deyir.
(A9 TV; 29 oktyabr 2013)
Müsəlman gizli şirk qoşmamaq üçün günün 24 saatı diqqətli, gözüaçıq olmalıdır. Şirk insanın qarşısına tez-tez çıxır. İnsan şirkdən qaçar, şirk insanı qovar. Mömin şirklə qarşılaşdığı halda dərhal ondan uzaqlaşar.
(A9 TV; 29 oktyabr 2013)
Qatı dinçilər, xurafatçılar müsəlmanları dəyərsizləşdirib. Hətta özləri bir-birilərinə dəyər vermirlər. Bir-birilərini öldürməyi də normal qarşılayırlar. İnanılmazdır. Keyfiyyətsiz, mədəniyyətsiz, cahil, mənfur bir insan qrupu formalaşdırıblar.
(A9 TV; 29 oktyabr 2013)
Gücün deyil, haqqın tərəfdarı olmaq lazımdır. Əks halda eqoistcəsinə davranmış olarsan. Müsəlman elə olmaz. Müsəlman daim haqqın, həqiqətin tərəfdarıdır.
(A9 TV; 29 oktyabr 2013)





