Nəfs üçün müsbət iş görülməz. Nəfs təmizə çıxarılmaz. Dayanmadan pisliyi əmr edən bir güc insanın ruhunda aktiv olaraq hərəkətdədir.

(A9 TV; 31 may 2014)

İnsanlar nəfsə əhəmiyyət vermirlər. Halbuki, nəfs insanın içində yerləşdirilmiş xüsusi güc, mənfi bir gücdür. Allah verməsin insanı dəli edər, cinayətə, intihara sövq edə bilər. Bütün bu fəlakətlər, bəlalar həmişə nəfsin təsiri ilə olur. Bir zərərinin olmayacağını düşünər. Nəfs səni sürüyər, boğar.

(A9 TV; 31 may 2014)

Müsəlmanın özünü duaya verməsi lazımdır. Amma yorucu dua olmaz. Quranda dualara baxın. Peyğəmbərlərin duası həmişə qısadır. “Rəbbim elmimi artır” (Ta ha surəsi, 114)―bu qədər. Qısa, lakin bənzərsizdir. “Rəbbim məni doğru yoldan ayırma”―deyir. “Saleh əməllər görməyi nəsib et”.

(A9 TV; 25 may 2014)

Dua çox əhəmiyyətlidir. Əzaba dua mane olur. Müsəlmanın duaya ehtiyacı var. Məsələn, müsəlman deyəcəkdir: “Ya Rəbbi, məni gözəl danışdır”. Yemək yeyərkən: “Ya Rəbbi, mənə bu yeməklərdən ləzzət almağı və bunlardan mənə şəfa nəsib et. Mənə həmd etməyi nəsib et” deyəcək.

(A9 TV; 25 may 2014)

Allah qanuni yaşayanları, doğru yaşayanı sevər. Çünki qeyri-qanuni yaşayanın üzündəki nur itər. Ağılı itər, bəsirəti, fərasəti bağlanar. Müvazinəti olmaz. Dürüst insan müvazinətli olar.

(A9 TV; 25 may 2014)

Vicdanın səsi bir cür vəhydir. İnsan bu vəhyi dinləsə doğru hərəkət edir, dinləməsə səhv hərəkət edir.

(A9 TV; 25 may 2014)

Merac deyilən 3-cü ölçüdən 4-cü ölçüyə keçiddir. Kainatda ölçülər vardır. Biz üç ölçülü bir kainatdayıq. 4-cü ölçü var, indi onu görə bilmirik. 4-cü ölçüdəkilər bizi görərlər. Mələklər, cinlər bizi hal-hazırda izləyir. Amma biz onları izləyə bilmərik. Bizim onları görə bilməyimiz üçün nur olmamız lazımdır. Peyğəmbərimiz (s.ə.v)-də nur olaraq görmüşdür.

(A9 TV; 24 may 2014)

İslam aləmi Putini bağrına bassa, əməkdaşlıq etsə, İslam Birliyinin mühüm bir üzvü olaraq da Rusiyanı İslam Birliyinə daxil etsə möhtəşəm olar. Rusiyanın ən çox ehtiyat etdiyi şey tək qalmaqdır. İslam aləmi Rusiyanı qucaqladımı bitdi, bütün dünyaya İslam ildırım sürəti ilə hakim olar.

(A9 TV; 24 may 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)