İslamın qarşısındakı əsas qüvvə münafiqlərdir. Küfr əhli deyil. Küfr əhli ikinci dərəcəlidir. İslam aləminin məhv olmasının səbəbi münafiqlərdir. Münafiqlərdən ötrü İslam aləmi hazırda birləşə bilmir. Yoxsa dərhal birləşər.

(A9 TV; 2 iyun 2016)

Sünni tərtəmiz insandır, İslamın bütün qanunlarına tabe olan insandır. Şiə, İslamın əsaslarını yerinə yetirən insandır. Sarıl bir-birinə, qardaş ol, dost ol. Niyə öldürüb, asıb kəsirsən? Birləşsən bütün dünyaya ədaləti yayacaqsan, dünyadakı fəlakəti yox edəcəksən. Dost ol, sevgiylə yaxınlaş.

(A9 TV; 31 may 2016)

Şiələr çox igiddirlər. Sünnilər tərtəmiz insanlardır. Bir-birləriylə vuruşmaları üçün heç bir səbəb yoxdur. Bilavasitə şeytanın hiyləsinə düşürlər. Hz. Mehdi (ə.s)-ın zühuruyla, onun bir neçə kəlməsi ilə məsələ həll olacaq.

(A9 TV; 31 may 2016)

Allah həmişə diqqəti çəkməyən, insanların hücum etdiyi, insanların alçaqcasına tələ qurduğu və zülm etməyə çalışdığı, yalnız hesab edilən insanları başa keçirir. Həmçinin onlar üçün cənnətini açır. Bu, Allahın qanunudur. Hz. Mehdi (ə.s) da insanların heç gözləmədiyi və mövhumatçılar tərəfindən yanlış yolda göstərilən bir insan olacaq.

(A9 TV; 31 may 2016)

Müharibə çətindir, döyüş çətindir, zülm çətindir. İnsanlara əzab çəkdirmək çətindir. Bunlar çox iyrəncdir. Sevgi, dostluq, qardaşlıq, rifah, zənginlik, bərəkət bunlar zövqlü və gözəl şeylərdir.

(A9 TV; 31 may 2016)

Şeytan möminin oyuncağıdır. Şeytanlar hz. Süleyman (ə.s)-a xidmətçi olmuş vəziyyətdəydilər, nə deyirsə edirdilər.

(A9 TV; 30 may 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)