Səmimi olmağın xüsusi bir sirri, xüsusi bir yolu var. Allah hər kəsə bunu nəsib etməz. Bu yolu tapan, bu səmimiyyət yolunda vicdanından heç uzaqlaşmadan davam edir. Məhz buna “siratəl-müstəqim” deyilir.
(A9 TV; 21 iyun 2016)
Səmimi olmaq asan deyil, çox çətindir. Səmimi olmaq, beyinin ən böyük sənətidir, vicdanın ən böyük sənətidir.
(A9 TV; 21 iyun 2016)
Xristianlar əvvəlki dövrlərdə Allah sevgisinin verdiyi coşqu ilə mükəmməl incəsənət əsərləri meydana gətirmişdilər. Avropada dindarlıq zəiflədikdə incəsənət də yox oldu.
(A9 TV; 21 iyun 2016)
Dünyəvilik İslamda var. “De: Sizin dinininiz sizə, bizim dinimiz bizədir” hökmü dünyəviliyin çox qısa xülasəsidir. Dünyəvilik dinsizlik şəklində tətbiq edildiyi zaman, burada bir səhv olur. Yoxsa xristian sərbəstdir, musəvi də sərbəstdir, dinsiz də sərbəstdir, dindar da sərbəstdir. Hamısı inanclarına uyğun yaşayarlar. Xristian kilsəyə gedər, müsəlman məscidə gedər, istədikləri kimi ibadətlərini yerinə yetirərlər. Dünyəvilik budur.
(A9 TV; 20 iyun 2016)
Türkiyə həm demokratiyada, həm hüquqda, həm azadlıqda, incəsənətdə, keyfiyyətdə, memarlıqda dünyanın ən üstünü olsun. Bütün dünyanı bu yolla xilas edə bilərik.
(A9 TV; 20 iyun 2016)
Mehdi, hz. Adəm dövründən bəri gözlənilmişdir. Nəmrud və Firon da Mehdinin gəlməsindən qorxmuş, hz. İbrahim və hz. Musanı Mehdi hesab edərək hücuma keçmişlər.
(A9 TV; 20 iyun 2016)
Türkiyəni parçalamağa cəhd edən namərd zehniyyət, İngiltərə dərin dövlətinin xidmətçiləri, hiyləgərcə bir şeylər etməyə cəhd etsə, bu millət qanun və hüquqla lazımi cavabı verər. Hökuməti təcrid etməyə cəhd etsəniz də, yenə qanun və hüquqla lazımi cavab verilər.
(A9 TV; 20 iyun 2016)
Hökumət demokratik yollarla gəlib, getməsi lazım gəldikdə də, qanuni yollarla, demokratik yollarla gedər. Qeyri-qanuni yollarla hökuməti devirməyə cəhd etsəniz, özünüz qanun və hüquqla devrilərsiniz.
(A9 TV; 20 iyun 2016)
Münafiq danışmağa başlayan kimi, mömin bütün diqqətini cəmləşdirməlidir. Mütləq pislik və əxlaqsızlıq edər, şərəfsizlik edər. Münafiq sussa bir pislikdir, danışsa ayrı pislik.
(A9 TV; 20 iyun 2016)
İslam aləminin birləşməsi və hakimiyyəti üçün nə qədər səy göstərilsə də həyəcan yaranmadığı üçün reallaşmır. Bu həyəcan hz. Mehdi (ə.s) ilə yaranacaq.
(A9 TV; 19 iyun 2016)





