Mehdiyyətin olduğu yerdə heç vaxt məğlubiyyət olmaz. Hökumət mehdiyyət yönündə hərəkət etdiyi üçün Xızır (ə.s)-ın xüsusi himayəsi altındadır. Heç nə edə bilməzlər.
(A9 TV; 16 iyul 2016)
Xalq polisə çox yaxşı dəstək olsun. Polisin sayını xeyli artıraq. Polisə daha güclü, daha ağır silahlar verilsin. CHP, MHP, AKP gəncləri əl-ələ çox güclü, böyük mitinqlər keçirsinlər.
(A9 TV; 16 iyul 2016)
Ani hücum vəziyyətlərində televiziya yayımı, internet, telefon kəsilə bilər. Belə hallarda heç təşvişə qapılmamaq lazımdır. Meydanlarda xalqla birlikdə olmaq, hər kəslə iç-içə olmaq ən məqsədəuyğun hərəkət olar.
(A9 TV; 16 iyul 2016)
Əsgərə; “gəl, öz vətəndaşını vurmalısan” deyildikdə buna itaət edilməz. Tam əksinə, bu əmri verəni tutmalıdır.
(A9 TV; 16 iyul 2016)
Müasir, ziyalı, keyfiyyətli Türkiyə məsələsi üzərində dayanmaq lazımdır. Mövhumatçı ənənəpərəst görünüş iztiraba səbəb olar.
(A9 TV; 16 iyul 2016)
Türkiyə Mehdiyyətin yurdu olduğu üçün bəla heyrətamiz şəkildə yaxınlığından keçir. Dünya bu yaxınlıqdan keçməni anlaya bilmir, heyrətlənirlər. Mehdiyyətin bərəkətiylə olur. Yoxsa belə bir hadisə yaxınlıqdan keçməz.
(A9 TV; 16 iyul 2016)
Gənclər küçələrdə bir-birinə bağlansın. CHP gəncləri, MHP gəncləri, Hüdapar, BBP-nin igidləri, igidlərimiz, AKP-li gənclər. Səhərə qədər keşik çəkəcəyik.
(A9 TV; 15 iyul 2016)
Rəsulullah (s.ə.v) nə deyir? “Axırzamanda, Mehdi dövründə, Şəvval ayında qiyam olacaq” deyir. Allah millətimizi qorusun.
(A9 TV; 15 iyul 2016)
Bu vətənə, bu millətə heç nə olmaz. Bu vətənin, bu millətin vəzifəsi var. İslamın nurunu yayacaqlar, Türk İslam Birliyini yaradacaqlar, dəccaliyyəti elmlə, irfanla yox edəcəklər; İngiltərə dərin dövlətinin hökmranlığı fikrən bitəcək, PKK adlı şey yer üzündən silinəcək, qalmayacaq.
(A9 TV; 15 iyul 2016)
Hər şeyi demokratik zəmində qiymətləndirmək lazımdır. İslam aləminin də Türk aləminin də son böyük qalası Türkiyədir. Həmişə ittifaq etməkdə, hadisələrə dostcasına, qardaşcasına baxmaqda qətiyyətli olmaq lazımdır.
(A9 TV; 15 iyul 2016)





