X

Bizim yaxşı cəhətimiz mühafizəkar təbəqə ilə dünyəvi təbəqəni uzlaşdıran

Bizim yaxşı cəhətimiz mühafizəkar təbəqə ilə dünyəvi təbəqəni uzlaşdıran anlayışımız olmasıdır. İki təbəqə arasında əlaqə olmaması, cəmiyyəti parçalamaq, ayırmaq istəyənlər tərəfindən istifadə edilə bilir. Keçmişdə bunun bir çox nümunəsi yaşandı. Bir daha bənzər hadisələrin baş verməməsi üçün bizim fəaliyyətlərimiz, işlərimiz çox əhəmiyyətlidir. İki təbəqə də bu vətənin insanıdır, iki təbəqə də dəyərlidir. Qatı anlayış olduğu zaman mühafizəkar təbəqənin sahil bölgələrində yaşayan xalq ilə, dünyəvi insanlarla əlaqə qurması qeyri-mümkün olur. İki tərəf də öz içində yaşayır. Biz Quranın demokratiya, dünyəvilik və azadlığı gətirdiyindən bəhs etdiyimiz zaman hər iki tərəfin ön mühakimələrini aradan qaldırmış oluruq. Lakin bəzi mövhumatçılar cəmiyyəti parçalamaq məsələsində qətiyyətli kimi görünür, biz də bunu düzəltməyə çalışırıq. Qardaşcasına birlikdə sevgiylə yaşayacağıq inşaAllah.

(A9 TV; 8 fevral 2018)

Oxşar yazılar