X

Qurana görə heç bir insan başqasının günahını daşımaz

“Bunu etsən günahın mənədir” sözü dini bilməyən insanların istifadə etdiyi üslubdur. Dinə əhəmiyyət verən insan bu cür üslub istifadə etmir. Qurana görə heç bir insan başqasının günahını daşımaz. (Fatir surəsi, 18: Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır.)

(A9 TV; 13 fevral 2018)

Oxşar yazılar