Gənclər üçün etibarlı əyləncə yerləri olmalıdır. Gənclər hara addım atsalar qorxu və narahatlıq yaşayırlar. Xüsusilə gənc qızların hüzur, güvən içində gedə biləcəyi yerlər olması əhəmiyyətlidir. Gənc qız; “ata mən bu yerə əylənməyə gedirəm” dediyi zaman, o yerdə namusunun, ləyaqətinin, şərəfinin, sağlamlığının güvəndə olduğuna əmin olunacaq yerlər olmalıdır. Sanki əmisinin, babasının evinə getmiş kimi güvənlə əylənə biləcəyi yerlər olmalıdır. Keyfiyyətli musiqi, sağlam qidalar, şən mühit və böyük təhlükəsizlik təmin olunmalıdır. Gənclər güvən içində bir-biri ilə tanış olar, söhbət edər, fikir mübadiləsi apararlar. Hazırda gənclər əyləncə məkanına getdiyi zaman insanlar cəsarətlərinə təəccüblənib; “gecə filan yerə gedib” deyirlər. Çünki əyləncə məkanlarının çoxu qapısında silahla insan vurulan, içəridə qadınların narahat edildiyi yerlər halına gəlib.

(A9 TV; 3 yanvar 2018)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)