X

Afrində gecəli gündüzlü dinamikdən antikommunist təbliğatlar aparılsın

Afrində gecəli gündüzlü dinamikdən antikommunist təbliğatlar aparılsın. Küçə-küçə kommunizmin keçərsizliyi, necə təzyiq və qorxu rejimi olduğu anladılsın. Dinə, ailəyə, əxlaqa qarşı quruluş olduğu anladılsın. Türkiyənin hədəfinin yalnız kommunist PKK olduğunu, o vətənin orada yaşayan xalqa aid olduğunu, lakin kommunist işğal istəmədiyimizi, vətənlərində xoşbəxt və dinc yaşamalarını istədiyimizi, Türkiyənin demokratik ölkə olduğunu dinamikdən həmişə bütün küçələrdə izah edək. Vətəndaş xalqın bölgədən çıxa bilməsi üçün humanitar dəhlizlər da meydana gətirək. Türkiyənin oraya daxil olma məqsədi PKK-nın təslim olmasıdır. Silahlarını buraxıb təslim olsalar gəlib Türk dövlətinə təslim olsunlar. Amma əlində silah olana vətəndaş rəftarı edilməsi mümkün olmaz. Hal-hazırda PKK ilə mübarizə boyunca vətəndaş xalq bölgədən çıxsın, PKK təmizləndikdən sonra xalq yenidən evlərinə qayıdar. Biz sərhəddə terrorçuları istəmirik. PKK, YPG, İŞİD, Əl-Qaidə, heç bir terror təşkilatını istəmirik. Biz Kürdləri canımız kimi sevirik, birlikdə çox gözəl hüzur, sevinc, sevgi içində yaşayacağıq. Lakin kommunist ideologiyasını, kommunist terrorizmini istəmirik. Afrində kürdlərin, ərəblərin və türklərin öz torpaqlarında sülh içində yaşamalarını istəyirik.

(A9 TV; 2 mart 2018)

Oxşar yazılar