X

Allahdan şübhə edib, Allah haqqında mənfi düşünmək problemin qaynağı

İnsan bədəni səmimiyyətə görədir. İnsanlar, Allaha yaxın olmaq üçün çox kompleks sistemlərdən keçmələri lazım olduğuna inanırlar. Yalnız səmimi olmaq yetərlidir. İnsanlardakı başlıca problem özünü çox ağıllı zənn edib Allaha güvənməməkdir. Allahdan şübhə edib, Allah haqqında mənfi düşünmək bütün problemlərin qaynağıdır. Mömin çox səmimi olacaq, özünü Allaha tamamilə buraxacaq və Allaha tam güvənəcək. Allah haqqında heç vaxt mənfi düşünməyəcək. Allahın yaratdığı ağılla, Allahın əleyhinə düşünmək çox böyük ağılsızlıqdır. Sevdiyin bir insan olsa və ondan həmişə şübhə etsən bunun adı sevgi olarmı? Ya mənə pislik etsə, ya mənə vəfa göstərməzsə deyə həmişə şübhə yaşayırsansa sevgi yoxdur deməkdir. Allah sənə çoxlu nemət verir, səni sevir, qoruyur, Allaha şübhə ilə yanaşmaq çox böyük nankorluq olar.

(A9 TV; 1 mart 2018)

Oxşar yazılar