X

Bir çox internet saytının başlıqları ya öz aləmlərində lağ ya da kin doludur

Bir çox insan nifrətdən utanmır. Sevgisizlikdən də incimir. Bir çox internet saytının başlıqları ya öz aləmlərində lağ ya da kin doludur. Bir insanın bu qədər nifrətlə yaşaması mümkün deyil. Sevgi çox gözəl və zövqlüdür. Sevginin gözəlliyinə baxmayaraq sevgiyə müqavimət göstərmək anormallıqdır. Bunlar gözəl bir yerə getdiklərində o gözəlliyin nemətini belə başa düşmürlər, getdikləri hər yerdə çirkin dilləriylə narahatlıq verirlər. Gəmi gəzintisinə çıxır orada kapitanı danlayır, restorana gedir ofisiantı danlayır, mağazaya gedir buz kimi baxışlarla ətrafa baxır. Bunun adı yaşamaq deyil, sürünməkdir. Kin dolu insan ən yaxşı şərtlər daxilində olsa belə yaşamır, sürünür.

(A9 TV; 28 fevral 2018)

Oxşar yazılar