X

Biz Çanaqqalada 200 min şəhid vermiş millətik

Şəhidlərimizin varlığı millətimiz üçün qürurdur. Şəhid vermək ümidsizlik verən mövzu deyil. Biz Çanaqqalada 200 min şəhid vermiş millətik. Tək bir meydan müharibəsində on minlərlə şəhid verdik. Bizim üçün vətən, dövlət, bayraq, millət müqəddəsdir. Allaha, vətənə, dövlətə, millətə söz etdirmərik, əl uzatdırmarıq. Bu vətəndən tək bir qarış torpaq, tək bir çınqıl daşı vermərik. Kilometrlər boyu torpaq istəmələriylə bir qarış istəmələri arasında bizim üçün fərq yoxdur. Lazım olsa 83 milyon şəhid olar amma bu vətəni böldürmərik. Şəhid sayını əsas götürərək hökumətə zərər verməyə çalışmaq fitnədir. Lazım olsa on minlərlə şəhid verərik amma Türkiyəni böldürmərik. “Şəhid sayı çoxdur, bu mübarizədən əl çəkin” deyəcəyimizi düşünürlərsə yanılırlar. Vətənin, bayrağın, dövlətin, millətin qorunması üçün lazım olsa bütün millət şəhid olarıq.

(A9 TV; 12 fevral 2018)

Oxşar yazılar