X

Orta məktəb və liseydən etibarən darvinist, materialist təhsil alan gənclərə

Terroru və PKK-nı aradan qaldırmaq üçün ən mühüm məsələ darvinist təhsilin dərhal dayandırılmasıdır. Orta məktəb və liseydən etibarən darvinist, materialist təhsil alan gənclərə bunun əvəzinə Allahın mövcudluğu, təkliyi və darvinizmin elmi dəlillərlə əsassızlığından bəhs edilməlidir. Gənclər orta məktəbdən etibarən əcdadlarının meymun olduğu, ilk əcdadlarının kommunal cəmiyyətlərdə yaşadığı şəklində elmə zidd təhsil alır. Bu təlqinlə yetişən insanları “terror, anarxiya, tezis, antitezis münaqişəsi”dir deyə yola gətirmək PKK üçün asan olur. Bu gəncləri elmlə, inandırma və təlqinlə tərbiyə etməliyik. Onlardakı bu təxribatı, təkcə belə yox edə bilərik. Dəccaliyyət darvinizmdən istifadə edir, bizim də buna qarşı antidarvinist təhsilə ehtiyacımız var. Darvinizmə qarşı Quran möcüzələrindən, iman həqiqətlərindən kitablarla, jurnallarla, konfranslarla həmişə bəhs edilməsi lazımdır. Türkiyənin dəccaliyyətə müqavimət göstərməsi təkcə Quranla olar.

(A9 TV; 7 fevral 2018)

Oxşar yazılar