X

Münafiqin ən bariz xüsusiyyəti nursuzluğudur

Münafiqin ən bariz xüsusiyyəti nursuzluğudur. Heç kim onların yanına yaxınlaşmaz, tək bir dostları belə olmaz. Hər zaman təkdirlər. Allah onları zəlil yaratmışdır. Kimə və hara hücum edəcəklərini bilməzlər. Cəhənnəmə doğru yaxınlaşarkən alçaldılmağın şiddətindən həmişə anormal rəftarlar göstərərlər. Allah onları geri dönə bilməyəcəkləri bir həddə gətirər. Əməlləri az olsa cəhənnəmdəki hökmləri də az olar, buna görə də, Allah onlara mallar, imkanlar və zaman verər. Onlar da bütün imkan və zamanlarını müsəlmanlarla mübarizə aparmağa sərf edərlər. Günah yükləri və cəhənnəmə yaxınlaşma məsafələri beləliklə artar. Allah yetərli görəndə canlarını alar və cəhənnəmin ən dibinə atar. Allah ayəsində; “Mələkləri, onların üzlərinə və arxalarına vuraraq: “Yandırıcı əzabı dadın” deyə o inkar edənlərin canlarını alarkən görməlisən” deyə bildirir (Ənfal surəsi, 50).

(A9 TV; 22 yanvar 2018)

Oxşar yazılar