X

Münafiqlərin möminlərin arasında 10-20 illik kürtlük dövrləri vardır

Münafiqlərin möminlərin arasında 10-20 illik kürtlük dövrləri vardır. Sonra bir anda şeytanın ilhamı ilə ölü hüceyrələr kimi canlanarlar və həmləyə keçərlər. Münafiqin həmləsi küfr əhlininki kimi deyildir. Münafiq müsəlmanlardan daha müsəlman kimi görünməyə çalışaraq həmləyə keçər. Şeytanlıqlarını gücləndirmək üçün bunu ayələrdən istifadə edərək edərlər. Halbuki özlərinin nə qədər alçaq olduğunu çox yaxşı bilərlər və tam xain vəziyyətinə düşməmək üçün “islah edirik” iddiası ilə çıxarlar. Quranda da münafiqlər üçün onlar barədə: ““Yer üzündə fəsad törətməyin” deyildiyi zaman: “Biz təkcə islah edənlərik”” dedikləri bildirilir (Bəqərə surəsi, 11). PKK, homoseksuallar, rumilik, mövhumatçılıq, İngiltərə dərin dövləti ilə elmi mübarizə onları heç maraqlandırmaz. Onlar var gücləri ilə müsəlmanlara hücum edərlər. Müsəlmanların arasında da (şeytanın yönləndirməsi ilə) ən təsirli, ən xeyirli olanlarını seçərlər.

(A9 TV; 22 yanvar 2018)

Oxşar yazılar