X

Suriyanın ərazi bütövlüyünün qorunması mühüm məsələdir

Suriyanın ərazi bütövlüyünün qorunması mühüm məsələdir. Bunun üçün mütləq ilk növbədə, Suriya dövlətini və hökumətini tanıyaq. Suriya hökuməti; “bütün xarici ünsürlərin çıxmasını” istəsin və Türkiyə, Rusiya və İrana bu məsələdə kömək üçün dəvət etsin. Türkiyə də leqal surətdə müdaxilə etsin. Suriya məsələsinin bundan başqa həll yolu olması qeyri-mümkün görünür. Suriyada hal-hazırda sahibsiz dövlət, sahibsiz millət, sahibsiz torpaq var. PKK Amerika bayraqlarının arxasına sığınmış vəziyyətdədir. Türkiyə içəri daxil olduqda səhvən Amerika əsgərləri vurulsa, Allah qorusun çox böyük hadisə baş verər. Bölgəni PKK-dan təmizləməyin yeganə yolu Suriya dövlətini və hökumətini tanımaq, həmçinin Rusiya və İranla birlikdə hərəkət edərək birgə əməliyyat aparmaqdır. Bu əməliyyat da, təkcə Suriya dövlətinin dəvəti ilə ola bilər. Dolayısilə Türkiyə tezliklə Suriya dövlətini və hökumətini qanuni hesab etdiyini bəyan etmək məcburiyyətindədir.

(A9 TV; 15 yanvar 2018)

Oxşar yazılar