X

İnsan ağrı-acılar və çətinliklərlə kamilləşər

İnsan ağrı-acılar və çətinliklərlə kamilləşər. Bu qədər xəstəlik olmasına, ölümün yaxınlığına, acizliklər olmasına baxmayaraq, insanların çoxu kamilləşmir. İnsanın inkişafının yeganə yolu budur. Keyfiyyət, gözəllik, sevgi, ehtiras çəkilən əziyyətlə ortaya çıxır. Hər kəs Rəsulullah (s.ə.v)-i çox sevir, niyə? Çəkdiyi əziyyətləri bilirik. Hz. Yusif deyildikdə ağla həmişə quyuya atılması, zindana salınması gəlir. Hz. İbrahimi həmişə oda atılması ilə xatırlayırıq. Çəkilən hər ağrı-acı və əziyyət sevgiyə vəsilə olar.

(A9 TV; 9 yanvar 2018)

Oxşar yazılar