X

Münafiqlər Peyğəmbəri adi insan kimi görər və həmişə tənqid edərlər

Münafiqlər Peyğəmbəri adi insan kimi görər və həmişə ağılsızcasına tənqid edərlər. Bu tənqidlərini də çox böyük axmaqlıqla edərlər. Sadə məntiqlə baxar, Peyğəmbərin, Allahın dəstəkləyib qoruduğu xüsusi insan olduğunu görməzlər. Peyğəmbərə tabe olan möminləri də ağılsız kimi görərlər. Saatlarla, səhifələrlə, Peyğəmbərə tabe olan möminlərin guya ağılsız, dərin düşünməyən olduqlarını, onların səhvlərini qeyd edərlər, yazarlar. Peyğəmbərə itaət edən möminlərin yalançı olduğunu sübut etməyə çalışarlar. Bu zaman yalançı olmalarını, şəxsiyyətsiz olmalarını, alçaqlıqlarını göstərərlər. (Hud surəsi, 27: Qövmündən qabaqcıl inkarçılar: “Biz səni təkcə bizim kimi insan hesab edirik; sənə, təkcə dayaz fikirli olan ən alçaqlarımızın tabe olduğunu görürük və sizin bizdən üstünlüyünüzü də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik” dedi.)

(A9 TV; 26 dekabr 2017)

Oxşar yazılar