X

Ağlı zəif, nəzakətsiz, bəsit olan bəzi insanlarda kürd deyildikdə ağlına PKK

Ağlı zəif, nəzakətsiz, bəsit olan bəzi insanlarda kürd deyildikdə ağlına PKK gəlir. Bu onların axmaqlığından və cahilliyindəndir. Kürd, türk, çərkəz, laz, hamısı Türkiyənin təməl elementləridir. Hamımız bir-birimizə qarışmış vəziyyətdəyik. Hamımız hz. Adəmin övladıyıq. İrq əsaslı yanaşma tərzi Qurana uyğun deyil. Kürd canlarımızı öz aləmində aşağı hesab edən zehniyyətdəkilərin əxlaqsızlığına heç fikir verməyə ehtiyac yoxdur. İslamda kürdlərin ayrı yeri var. Böyük mücəddidlər, müctəhidlərin böyük hissəsi kürddür. Mənim ustadım kürddür. Mədrəsələrin qalası kürd canımızın olduğu torpaqlardır. Kürdlər çox dindar və alicənab olduqları üçün dəccaliyyət onları birinci dərəcə olaraq gördü və hədəf aldı. Dinsiz, imansız PKK-nı onlara müsəllət etdi. Lakin kürdlər aslan kimi dimdik ayaqdadırlar, dindar və güclüdürlər maşaAllah.

(A9 TV; 13 dekabr 2017)

Oxşar yazılar