X

Münafiq təkcə müsəlmanlarla mübarizə aparar

Münafiq təkcə müsəlmanlarla mübarizə aparar. Münafiqin vəzifəsi təkcə müsəlmanlara hücum etməkdir. Münafiq küfr əhli ilə, dinsizlərlə, dərin dövlətlə heç vaxt maraqlanmaz, təkcə yanından ayrıldığı möminlərlə mübarizə aparmağı hədəf qəbul edər. Ən çox da Peyğəmbərimiz (s.ə.v)-ə və səhabələrə diqqət yetirər. Münafiq Quran ayələrindən həmişə müsəlmanlar və Peyğəmbərimiz (s.ə.v) əleyhinə istifadə edər (haşa). Allahın münafiqlərə aid endirdiyi ayələrdən münafiqlər (haşa) Peyğəmbərimiz (s.ə.v) və səhabələrə aid imiş kimi istifadə edirdilər. Münafiq alçaq, ləyaqətsiz və xain olduğunu bilər, lakin özünü aldadaraq bunu görməzlikdən gələr. Münafiqlərə aid ayələrin də əhatə dairəsini çox yaxşı bilər, lakin sadəcə xainliyindən və alçaq xarakterindən dolayı bilərəkdən bu ayələrdən möminlərə qarşı istifadə edər. Peyğəmbərimiz (s.ə.v) dövründə yaratdıqları Dirar məscidində də münafiqlər həm əxlaqsızlıq edir, həm homoseksual cinsi əlaqəyə girir, həm də cinayət planı qururdular. Sonunda Allah hamısını cəhənnəm çuxuruna doldurdu.

(A9 TV; 17 noyabr 2017)

Oxşar yazılar