X

Mömin çətinliklərdən keçərək ən gözəl şəkildə yetişdirilər

Mömin çətinliklərdən keçərək ən gözəl şəkildə yetişdirilər. Tərif edilə bilməyən möhtəşəm gözəllik olan sevgiyə qovuşmaq təkcə çətinliklərdən keçməklə mümkündür. Çətinlik yoxdursa məna boşluğu olar. Çətinlik vardırsa sevgi üçün lazım olan bütün zənginlik yaranar. Sevginin yetişəcəyi bağçada igidlik, dürüstlük, ağıl, dəyanət, səbir, vəfa, sədaqət kimi yüzlərlə xüsusiyyət olmalıdır. Bitki necə ki, minerallara ehtiyac duyursa, sevgi də bütün bu dəyərlərə ehtiyac duyar. Məsələn, eqoistlik vardırsa sevgi həmin anda ölər. Sevgi gəlib eqoistliklə toqquşduqda əriyib yox olar. Eqoistlik sevgini qara dəlik kimi sorub yox edər.

(A9 TV; 28 oktyabr 2017)

Oxşar yazılar