X

Cəmiyyətin bəzi təbəqələri nə olduğunu bilməsə və ya müdafiə etməsə

Cəmiyyətin bəzi təbəqələri nə olduğunu bilməsə və ya müdafiə etməsə belə şüar şəklində bəzi üslublara dəb kimi ayaq uydurur və cahilcəsinə qoşulur. Öz üslubu, fikri, cümləsi olmadan yaradılmış şüarlardan, qəliblərdən dəb kimi istifadə etməyi heç kim özünə yaraşdırmamalıdır. İnsanın müstəqil ağlı olması gözəl olandır. “Hansı ağılla hərəkət edirsən”, “nə içirsə, biz də içək”, “problem yoxdur” kimi 5-10 qəlibdən başqa cümlə qura bilməmək bir insan üçün çox alçaldıcıdır. Bu hala gəlməyi heç bir ağıllı insan özünə yaraşdırmamalıdır.

(A9 TV; 15 avqust 2017)

Oxşar yazılar