Get Adobe Flash player

Ən azad olacağımız sistem dindir. Dindən kənarda cəmiyyətin özünə görə hər bölgəyə, hər ölkəyə, hər məhəlləyə görə dəyişən sıxıcı qaydaları var. Lakin Quranda tək bir hökm və əxlaq var: İnsanın özünə edilməsini istəmədiyini başqasına etməməsi, yalnız halal və harama diqqət etməsi və mümkün qədər azad olmasıdır. Dünyanın ən dürüst, ən səmimi davranan, ən məqsədəuyğun danışan, insanlara ən yaxşı davranan, ən ağıllı, ən müasir insanın adı müsəlmandır. Dünyanın heç bir yerində insanlar həqiqi mənada azad deyil. Azadlıq təkcə İslamla olar. İslamda hər kəs Quranın ucsuz-bucaqsız sərhədləri daxilində rahat və azad yaşayar.

(A9 TV; 26 oktyabr 2017)

Eqoistlik insanı insan olmaqdan çıxardar və ağılsızlığın hakim olduğu başqa aləmə keçirər. Eqoist insanın ağlına Allah tərəfindən əngəl vurular. Ağlı əlindən alınar və bunun çarəsizliyini yaşayar. Romantiklik də eqoistliyin əks təsirlərindən biridir. Bu romantiklik də özünü ağılsız hərəkətlər etmək, təcavüzkarlıq, davakarlıq şəklində göstərər. Eqoistlikdən xilas olmaq mühüm məsələdir. Bütün dinlərdə insanlar eqoistlikdən çəkindirilər.

(A9 TV; 26 oktyabr 2017)

Namaz Allaha yaxın olmaq, Allaha sevgimizi, dostluğumuzu, təvazökarlığımızı, itaətkarlığımızı ən gözəl şəkildə ifadə etməkdir. Namaz qılan insan Allaha sevgisini ifadə etdiyi üçün vicdanən rahat yaşayar. Sevib də sevgini ifadə etməmək isə sıxıntı verər və çətindir. Namaz bu hissimizi qane edər. Allah nemət olaraq namaz və dua ilə sevgimizi ən yüksək şəkildə ifadə etmək imkanı verir bizə. Namaz və dua ilə heyrətamiz səmimiyyət, təvazökarlıq və təslimiyyətlə Allaha sevgimizi ifadə edirik. Axirətdə də əbədiyyən sevgimizi ifadə etməyin hüzurunu yaşayacağıq.

(A9 TV; 26 oktyabr 2017)

Cənnətin xüsusiyyəti hər yerin canlı olmasıdır. Dünyada da hər şey canlıdır, lakin Allahın qanunun tələbi olaraq Allah bu canlılığı bizə göstərməz. Cənnətdə stəkanların, kresloların, quşların, çiçəklərin, hər yerin canlı olduğunu istədiyimiz zaman bizlə danışdığını görəcəyik. Dünyada da məsələn, hz. Musanın əsası canlıdır, lakin Allah istədiyi zaman o canlılığı görürük. Cənnətdə isə canlılıq həmişə hakimdir.

(A9 TV; 26 oktyabr 2017)

Digər dillər

Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)

Noyabr 2017
BEÇAÇCACŞB
« Okt  
 12345
6789101112
13141516171819
20212223242526
27282930