Get Adobe Flash player

Bazara gedir meyvələrə tərəvəzlərə heyran olur, bitkiyə baxır heyran olur, heyvanlara heyran olur. Bütün bunlar necə yarandı deyirik, təsadüf deyir. Hər şey təsadüflə yarandı demək, tarixin ən alçaldıcı, ən məntiqsiz izahıdır. İnsanlar bir müddət sonra bunu necə dedik deyə təəccüblənəcəklər.

(A9 TV; 5 iyul 2017)

Tək bir quşun tək bir tükünün tək bir hüceyrəsində İstanbul şəhəri qədər böyük, mürəkkəb məlumat var. Bu məlumat təsadüf nəticəsində meydana gələ bilməz.

(A9 TV; 5 iyul 2017)

Bütün canlılarda mükəmməl sənət, mükəmməl estetika və mükəmməl simmetriya var. Bunun təsadüflə izah edilməsi qeyri-mümkündür.

(A9 TV; 5 iyul 2017)

Örtünən insanlara qarışanlar çirkin rəftar göstərirlər. Dekolteyə də, örtünən insana da hörmət göstərilməlidir.

(A9 TV; 5 iyul 2017)

“İslamı yaşasanız qadınların bütün azadlıqları əllərindən alınar, baxımsız, içinə qapalı olarlar” iddiası ilə insanları dindən uzaqlaşdırdıqları üçün İslamda azadlıq olduğunu, qadının istədiyi kimi yaşaya biləcəyini göstərməyimiz bu kəsləri çox narahat edir.

(A9 TV; 5 iyul 2017)

Türkiyə İslam aləminin lideri olacaq. Millət olaraq Tayyib hocamı dəstəkləməyə davam edəcəyik. Aramıza ayrılıq salmaları mümkün olmayacaq.

(A9 TV; 5 iyul 2017)

Dindarlıq yüksəlmir deyənlərin bir anket şirkətinin bir qrup insandan soruşmasıyla deyil, küçədə insanlardan soruşaraq araşdırma aparmaları lazımdır. Bəzi dairələrin dindarlıq zəifləyir iddiası, Quran müsəlmanlığının yayıldığını görmələrindən irəli gəlir.

(A9 TV; 5 iyul 2017)

Darvinizmin fikri olaraq əzilməsi dinin yüksəlməsi deməkdir. Bütün dünyada darvinistlərin ağlamasının səbəbi də budur. Quran müsəlmanlığı yayılır.

(A9 TV; 5 iyul 2017)

Ümumi bilik əhəmiyyətlidir. Gənclərin təhsilində ümumi biliyin üstün olması lazımdır.

(A9 TV; 3 iyul 2017)

Qadının gözəl olması üçün ruhunun gözəl olması kifayətdir. Şəxsiyyəti gözəl olan qadın çox müsbət istiqamətdə dəyişər və gözəlləşər.

(A9 TV; 3 iyul 2017)

Digər dillər

Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı...)

İyul 2017
BEÇAÇCACŞB
« İyn  
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bannerlər