Darvinist təhsil aradan qaldırılsa PKK problemi həmin anda bitər. Silahlı münaqişə ilə 40 ildir ki, mübarizə aparılır. Elmi mübarizə aparılmış olsa 6 ayda məsələ bitər. Kommunizmin təməli Allah inancının olmamasıdır. Kürd gəncləri isə dindardır. Gəncləri kommunist terrora sürükləyən əsas səbəbi aradan qaldırmaq əhəmiyyətlidir. Müsbət təhsil deyilən darvinist təhsil olduğu zaman gənclərdə din, iman çox zəifləyir. PKK da o zaman gəncləri terror üçün çox asan razı salır. “Baxın elmə görə sən heyvandın, ibtidai kommunal cəmiyyət vardı, hər kəs bərabərdi, hər şey ortaq idi, təbiətin qanunu bu idi. İnanmırsansa bax; dövlətin məktəblərində belə elm olaraq bundan bəhs edilir” deyir. Öldürməyi də elm kimi göstərir; “yolda həşərata basıb öldürmürsənmi, bakteriyaya yod vurmursanmı, insan da bir növ heyvandır, öldürmək təbiətin tələbidir” deyə təhsil verir. Gəncləri dolaşığa salmış, sən təkcə bu dolaşmanı açmalısan, bunun üçün də əks təhsil verməlisən. Əks təhsil verməyib tam əksinə kommunist terrorun mənbələrinə çatmasını təmin edən təhsil versən, gəncləri darvinist yetişdirsən o zaman PKK-ya Allah qorusun zəmin hazırlamış olarsan.

(A9 TV; 26 yanvar 2018)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)