Lideri tənha qoymaq taktikası Osmanlıdan indiyə qədər gələn çirkin oyundur. Eyni oyunu bir müddətdir Tayyib hocama qarşı da tətbiq etmək istəyirlər. Tayyib hocamı və hökuməti, içəridə və çöldə ən təsirli olaraq müdafiə edənlərə müəyyən yolla mane olmağa çalışırlar. Eyni üsul Əbdülhəmid, Əbdüləziz, Menderesə də tətbiq olunmuşdu. İndi də; “baxın Ərdoğanı müdafiə edən heç kəs zəmanət altında deyil, siz də diqqətli olun” imici vermək istəyirlər. Digər tərəfdən də Tayyib hocamı hər kəsi nəzarətə aldıran, haşa haqq, hüquq tanımayan, qatı biri kimi göstərməyi hədəf seçirlər. Bu, İngiltərə dərin dövlətinin və piyadalarının ən əsas üsuludur. Xüsusən son dövrlərdə bu oyunu təşkil edən xüsusi struktur olduğu görünür. Bunların ortaq xüsusiyyəti İngiltərə dərin dövlətinə tərəfdar olmaları, qibtə edən xarakterə sahib olmaları, xalqın dəyərlərini bəyənməmələri və xalqa yuxarıdan-aşağı baxmaları, bütün bunlara baxmayaraq, xalq üçün ortaya çıxdıqlarını iddia etmələridir. Bunların bütün oyunlarını millət olaraq görürük və heç vaxt məqsədlərinə nail olmalarına qanunla, hüquqla icazə vermərik. Tayyib hocamın yanındayıq, heç vaxt tək qoymarıq.

(A9 TV; 25 yanvar 2018)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)