Həyatı qaraltmaq, ölü, dözülməz hala gətirmək istəyirlər
Bəziləri cansıxıcı həyat istəyir. Gənclərin şən olmasını, həyat dolu olmasını istəmir. Sevincdən xoşlanmır. Həyatı qaraltmaq, ölü, dözülməz hala gətirmək istəyirlər. Bunlar incəsənətə, qadın azadlığına, azadlığa, mehribanlığa, dostluğa, yoldaşlığa, hər şeyə qarşıdırlar. Hər kəs özləri kimi olsun istəyirlər. Güləni acıladığı, əylənəni bədbəxt etdiyi bir həyatın tərəfdarıdırlar. Özləri bədbəxt olduqları üçün insanları da özləri kimi etmək istəyirlər. Tək kəlmə sevgidən, dostluqdan, sevincdən, incəsənətdən bəhs etmirlər. Dostluğu, yoldaşlığı bilmədikləri üçün hər kəsə qarşı olurlar. Belə insanlar AKP-ni də avtoritar, qadağanedici, azadlıq əleyhinə olan bir partiya kimi göstərmək istəyir, AKP və Tayyib hocama da tələ qururlar. Tayyib hocam azadlıq istəyən, gənclərin sevincindən yana olan, müasir dindardır. Lakin bu insanlar AKP-ni gözəlliyə, sevincə, incəsənətə, elmə qarşı kimi göstərirlər və buna görə də, sahil bölgələrində AKP-nin səs itirməsinə səbəb olurlar.
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır.(davamı…)