Xüsusən Yaxın Şərq ölkələrində və dünyanın bir çox yerində qadına çox yanlış və qəribə baxış prizması vardır. “Qadını müəyyən yolla tələyə salarsan, evə apararsan, namusunu ləkələyərsən, ondan sonra da qəzəblənər evinə göndərərsən” anlayışı geniş yayılıb. Sonra yenə ürəyin istəsə, yenə çağırarsan gəlməzsə ölümlə təhdid edərsən, döyməklə təhdid edərsən, kimi yanlış məntiqləri var. Bu, çox böyük vicdansızlıq və zülmdür. Qadın Allahın yaratdığı ən gözəl, ən müqəddəs varlıqdır. Həmçinin qadın, ağlı, ehtirası, imanı ilə gözəldir. Qadını qorxudursan, alçaldırsan, mərhəmətsizcə yaxınlaşırsan, bundan sonra da qadından şikayət edirsən. Qadınların əvvəlcə axirətini qorumaq lazımdır. Qadını 20-30 il müddətinə deyil, əbədi sevməlisən. Əbədiyyən sevəcəyinə görə əvvəlcə imanına diqqət yetirməyin, cənnətə getməsinə səy göstərməyin lazımdır. Şərəfli, namuslu yaşamasını təmin etməlisən. Qadının şərəfini, namusunu əlindən alsan, hörmət etməsən heç bir mənası qalmaz. Qadının hörmət edilməsi lazım olan mübarək varlıq olduğunu bilməli və buna görə hərəkət etməlisən. O zaman qadının gözəlliyini Allah sənə açar.

(A9 TV; 16 yanvar 2018)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)