İnsanlar adətən problemləri olduqda bunu qarşılarındakı insanla həll etməyə çalışırlar. Ya küsürlər, ya inciyirlər, ya da qarşılarındakının sevgisindən şübhə edirlər. Halbuki doğru olan, insanın hər məsələsini Allah ilə həll etməsidir. Bu mühüm həqiqət cəmiyyətdə ciddi şəkildə unudulur. Allahı (haşa) unutmaq isə böyük faciədir. İnsanın qarşısındakı insanı deyil, Allahı əsas götürməsi lazımdır. Hər tələb Allahdan istənilər. Yoxsa insanların bir tələbi ödəyəcək, bir problemi həll edəcək gücləri yoxdur. Mütləq hər şeyi Allahdan istəmək lazımdır. Əksi çox böyük səhv olar. İnsanın problemi olanda, diqqətlə Allaha dua edib, Allahdan kömək istəməyə davam etməlidir. Təbii ki, insan səbəblərə sarılar, dua mahiyyətində hökmə əsasən qarşısındakı insana problemini söyləyər, danışar, onu müsbət yöndə düzəltməyə, yaxşıya, doğruya çəkməyə çalışar. Lakin adətən əsas Allahdan istəmək doğru olandır. Çünki qəlbi yaratmağı Allah edər, şəxslər edə bilməz. Əks təqdirdə insan ciddi səhv etmiş olar, ciddi problemə sürüklənmiş olar. Bu xətada heç vaxt müqavimət göstərməmək lazımdır.

(A9 TV; 14 yanvar 2018)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)