Münafiqin hər halı Allah tərəfindən əhatə edilmişdir. Allah münafiqə dünyada tələ qurar. Bu tələ, möminlər üçün cənnət nemətidir. Allah təkcə dənizlə, düzənliklə, gözəlliklə nemət təqdim etməz. İgidliklə də nemət təqdim edər. Münafiqə tələ qurar, bu da nemətdir. Bu tələ belədir: Allah əvvəlcə münafiqi alar möminlərin arasına gətirər, gəncliyini burada keçirtdirər. Münafiq 20 ilə 40 yaş arasını müsəlmanların arasında keçirdər. Bütün maddi və mənəvi həyatını İslam üçün keçirmiş olar. Müsəlmanlardan ayrılanda onu geri almaq istəyər, lakin geri almaq imkanı artıq yoxdur. Allah bütün gəncliklərini əllərindən almışdır. Allah bəsirətini bağlayıb 10-20 il xidmət etdirər, sonra münafiq var-dövlət və nüfuz hərisliyinə qapılar. Allah münafiqə bol miqdarda var-dövlət və məqam verər. Professorluq, tacirlik, zənginlik verər. Lakin yaşı 40-50-yə çatmışdır. Türkiyədə orta yaş 65-dir. Allah münafiqə nə qədər müddət vermiş olur, ən çox 10-15 il. Münafiq malı dəli kimi yığmışdır, o malı yeməsi üçün çox ömrə ehtiyacı vardır, lakin o ömür əlində yoxdur. Yaxtanı almışdır, mənzilləri almışdır, mallarını toplamışdır, arxada qoyulacaq kimi deyil, çox şey toplamışdır, lakin edam fərmanı da Allah tərəfindən verilmişdir. Hər dəqiqə ölümə getdiyini bilər. 15 il, 14 il, 13 il, hər keçən ilin tik-tak, tik-tak deyə səsləri qulağına gəldikcə münafiq dəli olar. Lakin edə biləcəyi heç nə də yoxdur. Sonunda da; “gəl biz səni alaq” deyər ölüm mələkləri və ağzını, burnunu qıraraq canını alar. Münafiqin bütün zəhməti isə burada qalar. Münafiq malını yeyə bilməz. Evləri, avtomobilləri, ləl-cəvahiratları, paltarları hər şeyi geridə qalar. Lakin ən əhəmiyyətlisi müsəlmanlara xidmət edib qoyduqları qalar. Münafiqin əlində təkcə o malı əldə etmək üçün süründüyü iyrənc həyat və sonda da əzab vardır. Müsəlmanda isə ömür uzun olar. Müsəlmanda mal yığma olmadığı üçün, həmin anda o malın haqqını verər. Mömin həris olmadığı üçün dünyanı həmişə gözəl yaşayar. Mömin təvəkküllə çox sakit, Allahın verdiyi bərəkətlə çox yaxşı yaşayar. Münafiq isə eşşək kimi hərisliklə çalışar, lakin çalışdıqca çökər, çünki o hərislik onu çökdürər. “Liviyanın dörddə biri mənimdir, Tunisin yarısı mənimdir” deyə özünü aldatmağa çalışar, lakin əlində o malı yeyəcək gənclik qalmamışdır. Gəncliyi möminlərə xidmətlə keçmişdir. Üstəlik, o malı əldə etməyə çalışarkən yaşadığı hərislik, ruh və bədən sağlamlığını da tamamilə pozar, çökdürər və çürüdər. Münafiq ömrü boyu çalışar, lakin hamısı boşa gedər. Bu, Allahın münafiqə ən böyük tələsidir. Dolayısilə münafiqlər axmaqlıqlarına doymasınlar. Sürünürlər sürünməyə davam edəcəklər, möminlər də kef içində yaşamağa davam edəcəklər.

(A9 TV; 4 yanvar 2018)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)